1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:26.01.2019 00:52:27

Eyni tip xüsusi təyyarə 2010-cu ildə o vaxt baş nazir ola Rəcəb Tayyib Ərdoğan və Baş Qərargah Rəhbərliyi üçün bir ədəd satın alınmışdı.

Türkiyədə qeydiyyatda olan (TC-TTC) uzunmənzilli bir xüsusi təyyarənin Rusiyadan havaya qalxaraq siyasi xaos baş verən Venesuelaya endiyi bildirilib.

İslamazeri.com xəbər verir ki, "Flight Aware" proqramında görülən "Gulfstream G550" tipli təyyarənin əvvəl 22 yanvarda İstanbul Atatürk Hava Limanından qalxaraq Moskvanın Vnukovo hava limanına endiyi, 23 yanvarda da Moskvadan qalxaraq Venesuelanın Beynəlxalq Simon Bolivar hava limanına getdiyi məlum olub.

Bu vəziyyət təyyarənin, Maduro hökumətini dəstəkləyən Rusiya və Türkiyənin lazım gələrsə Nikola Maduronu Venesuela xaricinə çıxarmaq üçün yollandığı sualını gündəmə gətirib. Təyyarənin endiyini sosial mediadan bildirən latın amerikalı jurnalist Federiko Blək "Twitter" mesajında, "Biri nəfəri almağa gəldiniz?" sualını yönəldib.

Türkiyədə TC-TTC reyestr kodu ilə qeydiyyatda olduğu görünən "Gulfstream G550" çox səyahət edən insanlar düşünülərək hazırlanmış xüsusi bir təyyarədir. 12501 kilometr mənzil və saatda 944 kilometr sürətə malikdir. Nyu-York ilə Tokio arasında hər cür hava şəraitində yanacaqdoldurma etmədən uça bilir. Ehtiyaca görə 14-18 yer tutumuna malik olan təyyarə, böyük gövdəli reaktiv sinfində qiymətləndirilir.

Eyni tip xüsusi təyyarə 2010-cu ildə o vaxt baş nazir ola Rəcəb Tayyib Ərdoğan və Baş Qərargah Rəhbərliyi üçün bir ədəd satın alınmışdı.


Moskva üzərindən Venesuelaya uçan özəl türk təyyarəsi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Özbəkistanda toy xərclərinə limit
    Özbəkistanda toy xərclərinə limit qoyulur
     21.09.2019
    Gəncədə atanı döyüb, iki oğlunu bıçaqladılar
    Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.
     21.09.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ