EURO 1,955 NEFT 78,94
USD 1,7 RUB 0,0259
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TEXNOLOGİYA

Kateqoriya : XƏBƏRLƏR

TEXNOLOGİYA

Yayınlanma tarixi:02.08.2018 15:58:15

Baş nazir Novruz Məmmədov "Mobil cihazların qeydiyyata alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğləri”nin təsdiq edilməsi barədə qərar imzalayıb.

Baş nazir Novruz Məmmədov "Mobil cihazların qeydiyyata alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğləri”nin təsdiq edilməsi barədə qərar imzalayıb.

İslamazeri.com xəbər verir ki, iyulun 31-dən qüvvəyə minən qərarla satış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə hüquqi və fiziki şəxslər tərəfindən idxal olunarkən gömrük rüsumu və əlavə dəyər vergisi tutulmaqla rəsmiləşdirilmiş mobil cihazlar istisna olmaqla, fiziki şəxslər tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumunun məbləğlərini müəyyən edilib.

Bundan sonra mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumunun məbləğləri mobil cihazın bazar qiymətinə uyğun müəyyən edilicək.Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi mobil cihazların bazar qiymətlərini öz rəsmi internet saytında yerləşdirəcək.

Foto, videoçəkiliş və internetə çıxış funksiyaları olmayan və bazar qiyməti 100 dollardan aşağı olan mobil cihazların qeydiyyata alınmasına görə 20 manat dövlət rüsumu ödəniləcək.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmi internet saytında marka və modeli, habelə bazar qiyməti yerləşdirilməyən mobil cihazların qeydiyyata alınmasına görə də 20 manat dövlət rüsumu ödənilməsi nəzərdə tutulur.

Digər telefonlar isə bazar qiyməti 100 ABŞ dollarına qədər olduqda - 30 manat; bazar qiyməti 101 ABŞ dollarından 200 ABŞ dollarına qədər olduqda - 50 manat; bazar qiyməti 201 ABŞ dollarından 400 ABŞ dollarına qədər olduqda - 60 manat; bazar qiyməti 401 ABŞ dollarından 700 ABŞ dollarına qədər olduqda - 70 manat; bazar qiyməti 701 ABŞ dollarından 1 000 ABŞ dollarına qədər olduqda - 100 manat; bazar qiyməti 1001 ABŞ dollarından yuxarı olduqda - 150 manat dövlət rüsumu ödəniləcək.

Qeyd edək ki, bu qərardan öncə bütün mobil telefonların qeydiyyatının dövlət rüsumu 5 manat idi.


Mobil telefonların qeydiyyat rüsumu qaldırıldı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Səudiyyə rejiminin Qaşıqçı təlaşı
    Səudiyyə xanədanlığının Qaşıqçı cinayəti səbəbilə təlaşlandığı bildirilir.
     18.10.2018
    General Səlami: Düşmən İran qarşısında məğlub olma dərsini öyrənib
    İran Sipahi Ordusu ikinci komandanı general Hüseyn Səlami düşmənin uğursuz və məğlub olma dərsini çox yaxşı öyrəndiyini bildirib.
     18.10.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ