Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TEXNOLOGİYA

Kateqoriya : XƏBƏRLƏR

TEXNOLOGİYA

Yayınlanma tarixi:2.12.2021 12:58:08

Azərbaycanda Mobil Cihazların Qeydiyyat Sisteminin imei.az saytı üzərindən istifadəçilər üçün telefonların orijinallığını yoxlamaq imkanı yaradılıb.

İslamazeri.com xəbər verir ki, bunun üçün mobil telefonda *#06# qısa kodunu yığaraq cihazın IMEI kodunu dəqiqləşdirmək, daha sonra isə həmin kodu imei.az saytında “IMEI nömrəsini daxil edin” bölməsinə yazıb “yoxla” düyməsini sıxmaq lazımdır.

Prosesi ardıcıllıqla yerinə yetirəndən sonra ekranda qısa bildiriş mətni əks olunur. Bu mətndə daxil edilən IMEI kodun saxta olub, olmadığı və həmin IMEI üzərində görünən cihaza qarşı hansısa məhdudiyyət varsa, bununla bağlı məlumat verilir.

Sistem, həmçinin oğurlanmış və itirilmiş cihazları tapmağa da kömək edir.

IMEI verilənlər bazasına oğurlanan telefonun kodu daxil edildikdən sonra itirilən telefonu tapmaq şansı artır.

Hazırda xidmət üzərindən ən son modellər də daxil olmaqla bütün telefonların IMEI kodlarını yoxlamaq mümkündür.


Mobil cihazların orijinallığını bu cür yoxlamaq mümkündür

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • DTX işçilərinin maaşlarında dəyişiklik təsdiq edilib
    Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
     24.05.2022
    Şirvanda şirkətdə yanğın olub
    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
     24.05.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ