1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:05.10.2018 14:11:11

Seymur Nəsirov Misir Nümayəndələr palatasının sədrinin birinci müavini Seyyid Əhməd Şəriflə görüşüb.

"Vətənpərvər" - Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyin sədri tədqiqatçı alim Seymur Nəsirov Misir Nümayəndələr palatasının sədrinin birinci müavini Seyyid Əhməd Şəriflə görüşüb.

"Azərtac" xəbər verir ki, diaspora sədri Misir ilə Azərbaycan arasında tarixi, mədəni, siyasi əlaqələrdən, Azərbaycandakı multikultural dəyərlərdən və tolerantlıq ənənələrindən söhbət açıb. Azərbaycanda müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığını diqqətə çatdırıb. S.Nəsirov görüşdə Azərbaycan həqiqətlərindən danışarkən, Xocalıda törədilən soyqırımından geniş söhbət açaraq, faciənin dünyanın bir çox ölkələri tərəfindən qəbul olduğunu qeyd edib.

Seyyid Əhməd Şərif sentyabrın 21-də Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli tədbirdə iştirakı çərçivəsində önəmli görüşlər keçirdiyini qeyd edib. O, Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşündən geniş söhbət açıb. Parlament sədrini birinci müavini Azərbaycan xalqının qonaqpərvərliyi, Bakının gözəlliyi haqqında Misirdə yüksək vəzifəli şəxslərə və dostlarına geniş söhbət açdığını da qeyd edib.

S.Nəsirov, həmçinin ölkələrimiz arasında turizmin və ticarət əlaqələrinin inkişafı üçün viza alınmasının daha da sadələşdirilməsinin zəruriliyinə toxunub.

Seyyid Əhməd Şərif Azərbaycandan səfərdən qayıtdıqdan sonra, ölkələrimiz arasında ticarət əlaqələrin inkişafı ilə bağlı bir sıra görüşlər keçirdiyini qeyd edərək, viza alınmasının daha da sadələşdirilməsində yaxın günlərdə Misir tərəfindən ciddi addımlar atılacağını bildirib.

İslamazeri.com


Misirlə Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi üçün ciddi addımlar atılacaq

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Suriyaya sutka ərzində 2 minə yaxın qaçqın qayıdıb
    Ötən sutka ərzində Suriyaya 1938 qaçqın qayıdıb.
     09.12.2018
    Səudiyyə Ordusu Yəməndə balıqçıları hədəfə aldı; Dəhşətli görüntülər - VİDEO
    Səudiyyə və BƏƏ Ordularının Yəmən xalqına hücumları davam edir, bu dəfə yəmənli balıqçılar hədəfə alındı - hücumdan sonra dəhşətli görüntülər diqqət çəkdi...
     09.12.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ