EURO 2,07 NEFT 74,74
USD 1,7 RUB 0,0273
  1. http://www.islamazeri.com/
  2. DİN

Kateqoriya : DİN

Yayınlanma tarixi:06.02.2018 12:41:27

Misirin "Əl Əzhər" universitetinin ustadları Nəcəfdə İmam Əli (ə) ziyarətgahında olublar

İslamazeri.com ABNA-ya istinadən xəbər verir ki, Misirin "Əl Əzhər" universitetinin ustadları Nəcəfdə İmam Əli (ə) ziyarətgahında olublar. Misirli din xadimləri, ziyarətlərinin hədəfini; "Əl Əzhər" universiteti və Nəcəf Elmi Hövzəsi arasında ikili əlaqələrin inkişaf etdiilməsi olaraq açıqlayıblar. 

"Əl Əzhər" ustadı doktor Vəlid Matar İmam Əli (ə) ziyarətgahının xəbər bürosuna verdiyi müsahibədə bunları deyib: "Mütəal Allah bizlərin həmişə ziyarət etməyi arzuladığımız bu müqəddəs məkanları ziyarət etmək nemətini bizə əta edərək, üzərimizə minnət qoydu. Mütəal Allah bu müqəddəs məkanları çox sevdiyim bir ölkə olan İraqda qərar vermişdir."

Matar daha sonra "Mütəal Allah Peyğəmbərimizdən sonra (s.ə) ən yaxşı və xeyirli insanlar olan İmam Əli (ə), İmam Hüseyn (ə) və digər imamların qəbirlərini İraqda qərar vermişdir. Bizlər buralara bu mübarək məkanarı və qəbirləri ziyarət etməyə və şiə qardaşlarımızın nurani üzlərini görməyə gəldik. Bu, şiə qardaşlarımızla vəhdətimizin daha da dərinləşməsinə səbəb olacaqdır.", -deyə əlavə edib.

"Əl Əzhər" ustadı və "Vəchətul Haqq" müəssisəsinin sədri doktor Yusuf Ravab isə ziyarətilə bağlı bildirib: "İmam Əli(ə) ziyarətgahını ziyarət etməmizin əsil səbəbi; Misir "Əl Əzhər" universiteti və  Nəcəf Elmi Hövzəsi ustadları arasıda bir rabitə və əlaqə qurmaqdır. Əgər Ayətullah Sistaninin cihad fətvası olmasaydı, təkfirçi terror qruplaşması İŞİD bu gün, bir çox ərəb ölkələrinin paytaxtlarını işğal edəcəkdi. Ayətullah Sistaninin cihad fətvası ilə İŞİD məğlub oldu və İraq xalqı birlik və bərabərliyini qorumuş oldu."


Misirin "Əl Əzhər" universitetinin ustadlarından İmam Əli (ə) ziyarətgahında şok açıqlamalar... FOTO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Səudiyyə yəmənlilərin mal-qarasına da aman vermir - VİDEO
    İslamazeri.com almasirah portalına istinadən xəbər verir ki, Səud Ordusu və dəstəkçiləri Yəmənin mülkü vətəndaşlarını hədəfə aldıqdan sonra, bu dəfə xalqın mal-qarasını da hədəfə alaraq onların kütləvi məhv edilməsinə səbəb olub.
     27.04.2018
    Avropa Liqası: Londonda qalib müəyyənləşmədi, Marseldə iki cavabsız top
    UEFA Avropa Liqasının yarımfinal mərhələsinin oyunları keçirilib.
     27.04.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ