1. http://www.islamazeri.com/
  2. MÜSAHİBƏ

Kateqoriya : MÜSAHİBƏ

Yayınlanma tarixi:06.11.2019 09:59:32

Misir Mərdanov bildirib ki, vəzifədən çıxandan sonra dostlarının sayı daha da çoxalıb.

İTV-də efirə gedən “3D” verilişinin budəfəki qonağı sabiq Təhsil naziri Misir Mərdanov olub.

Oxu.Az xəbər verir ki, sabiq nazirlə verilişin aparıcısı Dadaş Dadaşlinski arasında maraqlı söhbət baş tutub.

Misir Mərdanov bildirib ki, vəzifədən çıxandan sonra dostlarının sayı daha da çoxalıb:

“Məni axtaranlar artıb. Tam səmimi deyirəm. Vəzifədə olanda çox adamla təmasda ola bilmirsən. Vəzifədən çıxandan sonra təmas çoxalır”.

Aparıcının “Vəzifədən gedənlərin, sonradan məlum olur ki, milyonları, milyardları var. Bəs siz pullarınızı hansı bankda saxlayırsınız?”, - sualına isə sabiq belə cavab verib:

“Nazir olanda da, olmayanda da heç bir bankla əlaqəm olmayıb. Nəyim varsa, evimdə, cibimdə olub”.

Misir Mərdanov jurnalistlərin suallarını çox vaxt cavabsız qoymasında da danışıb:

“Bilirsiniz, jurnalistlər istəyirlər ki, müəyyən fikirlər öyrənmək üçün bilərək məni siyasətə çəksinlər. Ona görə də deyirəm ki, mənə belə suallar verməyin. İndiki fəaliyyətimlə bağlı nə suallar versəniz, cavab verməyə hazıram. Lakin mən bilirəm ki, o suallar qərəzlidir və mən qərəzli suallara cavab vermirəm”.


Misir Mərdanov: “Jurnalistlər bilərək, məni siyasətə çəkmək istəyirlər” - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Avstraliyaya Azərbaycandan 5.6 milyon dollarlıq “buz” idxal edən şəxs kimdir...
    Azərbaycandan Avstraliyaya “buz” adı verilən iri həcmdə narkotik mənşəli kimyəvi pereparat idxal edən şəxs bu gün Sidney məhkəməsi qarşısına çıxarılır.
     21.11.2019
    Mobil operatorların internet təklifləri nə qədər sərfəlidir?
    Mobil rabitə bazarında digər sahələr ilə bağlı araşdırmalarımızı davam etdirəcəyik.
     21.11.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ