EURO 1,9314 NEFT 60,96
USD 1,7 RUB 0,0256
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:15.05.2018 09:09:51

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Mingəçevir Su Anbarının Goran körfəzində balıqların ölümü ilə bağlı yayılan xəbərləri araşdırıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Mingəçevir Su Anbarının Goran körfəzində balıqların ölümü ilə bağlı yayılan xəbərləri araşdırıb. Nazirliyin sözügedən əraziyə keçirilmiş baxışın nəticələri ilə bağlı açıqlamasında balıqların ölümü təsdiqlənib.

"Baxış zamanı Goran körfəzinin dayaz sulu sahələrində çoxlu sayda ölmüş çapaq balığı müşahidə olunub", nazirlik bildirir.

Su anbarının müxtəlif nöqtələrindən su və balıq nümunələrinin götürüldüyü, bioloji, morfoloji, fizioloji və histoloji analizlər aparıldığı, nümunələrdə infeksion xəstəliklərin törədicilərinin, zəhərlənmə hallarının aşkar edilmədiyi bildirilir.

Nazirlik qeyd edir ki, körfəzin dayaz sulu sahələrində suyun temperaturunun yüksəlməsi, nümunələr götürülən günü balıqların yaşadığı mühitin fiziki-kimyəvi vəziyyətinin əlverişsiz olduğu müəyyən edilib. Balıq orqanizminin bu dəyişikliklərə uyğunlaşmamasının onların ölümünə səbəb ola biləcəyi güman olunur.

Nazirliyin mütəxəssislərinin rəyinə görə, balıqların oxşar kütləvi tələfi son dövrdə iqlim dəyişiklikləri, havanın qəflətən anomal istiləşməsi, balıqların yaşama su mühitində hidrofiziki göstəricilərinin qeyri-optimal dəyişilməsi ilə bağlıdır.

Mingəçevir Su Anbarı Azərbaycandakı ən iri anbardır.

Bu anbar iki kanalı - 172 km uzunluğundakı Yuxarı Qarabağ, 123 km uzunluğundakı Yuxarı Şirvan kanalını su ilə təchiz edir. Qeyd edilən kanallar Mil, Muğan, Şirvan düzlərindəki min hektara yaxın ərazinin suvarılmasında istifadə edilir.

Su anbarından həmçinin balıqçılıq, su təchizatı və rekreasiya məqsədi üçün də istifadə olunur.

Mingəçevir su anbarının bəndində ümumi gücü 371 min kvt olan 6 hidroaqreqatdan ibarət su-elektrik stansiyası (SES) tikilib. Mingəçevir su anbarı istismara verildikdən sonra yalnız 1959, 1963, 1968, 1973, 1975, 1976, 1978 və 1988-ci illərdə tam həcmdə doldurulub. (Turan)


Mingəçevir Su Anbarında balıqlar niyə tələf olur?

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • “Arsenal”-“Qarabağ” oyununda insident - FOTO
    "Arsenal" - "Qarabağ" oyununda erməni azarkeş separatçı rejimin bayrağı ilə stadiona qaçıb
     14.12.2018
    ABŞ senatından Yəmən lehinə qərar: Zalım Səudiyyə...
    ABŞ senatında Yəmənlə bağlı qərar qəbul edilib.
     14.12.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ