EURO 1,9326 NEFT 60,45
USD 1,7 RUB 0,0255
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:06.12.2018 09:14:27

Dəyişikliklərin parlamentin plenar iclasına müzakirəyə çıxarılması nəzərdə tutulur.

Milli Məclisin bəzi komitələrinin səlahiyyətlərinə dəyişiklik edilir. Trend-in məlumatına görə, bu barədə məsələ “Milli Məclisin komitələri haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, Milli Məclisin həll etdiyi məsələlərdən Auditor Palatasının yaradılması məsələsinin çıxarılması, həmçinin, İnsan hüquqları, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin baxdığı məsələlərdən Auditorlar Palatasının sədrinin və sədr müavininin vəzifədən azad edilməsi barədə məsələyə baxılmasının və bu barədə rəy verilməsinin çıxarılması nəzərdə tutulub.

Hesablama Palatasının fəaliyyəti barədə illik hesabat parlamentin müzakirəsinə təqdim edilməzdən əvvəl buna Milli Məclisin müvafiq komitəsində baxılmalı və rəy verilməlidir. Bu məsələ İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin baxdığı məsələlərə əlavə olunur.

Eləcə də gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin illik məlumatı Milli Məclisin müzakirəsinə təqdim edilməzdən əvvəl həmin məlumata baxılması və rəy verilməsi İnsan hüquqları və Ailə, qadın və uşaq məsələləri komitələrinin baxdığı məsələlərə əlavə olunur.

Dəyişikliklərin parlamentin plenar iclasına müzakirəyə çıxarılması nəzərdə tutulur.


Milli Məclisin bəzi komitələrinin səlahiyyətlərinə dəyişiklik edilir

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Qurban AFFA-nın təzminatından imtina etdi: Pula görə işləmirdim
    Qurban Qurbanov AFFA-nın ona ödəməli olduğu təzminatdan imtina edib.
     11.12.2018
    2018-ci ildə vəzifəyə təyin olunan jurnalistlər - SİYAHI
    2018-ci ili yola salmağımıza sayılı günlər qalır.
     11.12.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ