EURO 1,9105 TRY 0,2915
USD 1,7 RUB 0,0266
  1. http://www.islamazeri.com/
  2. MÜSAHİBƏ
  3. MÜNASİBƏT

Kateqoriya : MÜSAHİBƏ

MÜNASİBƏT

Yayınlanma tarixi:20.01.2019 13:02:07

Millət vəkili deputatlıq mandatını Milli Məclisin 63 üzvünün səsi ilə itirə bilər. Buna onun 6 aydan çox əmək qabiliyyətini itirməsi səbəb ola bilər...

Millət vəkili deputatlıq mandatını Milli Məclisin 63 üzvünün səsi ilə itirə bilər. Buna onun 6 aydan çox əmək qabiliyyətini itirməsi səbəb ola bilər.

Prezident fərmanı ilə qüvvəyə minən Milli Məclisin Daxili Nizamnaməsinə dəyişiklik haqqında qanununda göstərilir ki, 6 aydan çox tam əmək qabiliyyətini itirməsi barədə tibbi-sosial ekspert komissiyasının rəyi və ya məhkəmə qərarı deputat mandatının itirilməsinə yol açır.

Dəyişikliyi dəstəkləyən millət vəkili Zahid Orucun fikrincə, "xalqın təmsilçisi ifadəsi o mənaya gəlir ki, bu hüququ yerinə yetirmək üçün sən gərək əmək qabiliyyəti şəraitində olasan".

Keçmiş deputat Gültəkin Hacıbəyli isə düşünür ki, deputat mandatının itirilməsi ilə bağlı edilən son dəyişikliklər deputatların səlahiyyətlərini azaldır: "Parlamenti buraxmaq, deputatları səlahiyyətlərindən məhrum etmək çox asan məsələyə çevrilib".

REAL-çı Erkin Qədirli bu dəyişikliyi təqdir edir, bildirir ki, seçicilər kiminsə uzun müddətli xəstəliyinə görə təmsilçisiz qala bilməzlər, hüquqşünas Ələsgər Məmmədli isə "63 səs" yetərliyini opponentin "yox edilməsi üçün münbit şərait" sayır.

Deputat iclasda iştirak edə də bilər, etməyə də

Milli Məclisin Daxili Nizamnaməsinə dəyişiklik haqqında qanununda göstərilir ki, səlahiyyətlərinin itirilməsi nəzərdə tutulan deputatın iştirakı ilə müzakirə keçirilir, amma onun iclasda iştirakı mümkün deyilsə, məsələyə onun iştirakı olmadan baxılır.

"İclasda iştirak edən Milli Məclisin deputatları yalnız deputatın səlahiyyətlərinin itirilməsi üçün yetərli əsasların olub-olmamasını aydınlaşdıra bilər, lehinə və ya əleyhinə çıxış edə bilərlər. Öz səlahiyyətlərini daimi icra edə bilməyən Milli Məclisin deputatının səlahiyyətlərinin itirilməsi barədə Milli Məclisin qərarı azı 63 səs çoxluğu ilə qəbul edilir", - yeni qüvvəyə minən qanunda deyilir.

Image result for Zahid Oruc

 

"Əminəm ki, bunu deputata basqı və ya məhdudlaşdırma kimi qəbul etməyəcəklər"

Dəyişikliyi doğru sayan millət vəkili Zahid Orucun fikrincə, "xalqın təmsilçisi ifadəsi o mənaya gəlir ki, bu hüququ yerinə yetirmək üçün sən gərək əmək qabiliyyəti şəraitində olasan".

BBC News Azərbaycancaya danışan deputat hesab edir ki, burada söhbət fiziki olaraq öz fəaliyyətini həyata keçirmək qabiliyyətindən gedir: "Buna görə də verilmiş bu qərarın parlament üzvünün fəaliyyətinin meydanının daraldılması, ona hər hansı bir basqı edilməsi və ya təmsilçilik hüququnun hər hansı bir formada məhdudlaşdırılması kimi qəbul edilməyəcəyinə əminəm".

Zahid Oruc vurğulayır ki, indiyə qədər bir neçə millət vəkilinin fəaliyyəti sözügedən maddənin təsviri ilə üst-üstə düşüb:

"Təəssüf ki, bəzən bu cür hallar ayrı-ayrı həmkarlarımızın həyatında baş verib. Bəziləri öz fəaliyyətlərini həyata keçirmələrinin qeyri-mümkün olduğu duruma çatıblar. O zamanda sərt qərarlar qəbul olunmayıb, daha çox mənəvi prizmadan baxılıb ki, bu, bir hökmə çevrilər, onun üçün daha ağır cəza olar, həyatına daha böyük təhlükə törədər".

Image result for Gültəkin Hacıbəyli

 

"Deputatın geri çağırılması seçicilərinə həvalə edilməlidir"

Keçmiş millət vəkili Gültəkin Hacıbəyli hesab edir ki, bu və "Deputatın etik qaydaları haqqında" qanuna edilmiş dəyişiklər deputatların səlahiyyətlərini "demək olar ki, sıfıra endirir".

Gültəkin Hacıbəyli deyir ki, "Parlamenti buraxmaq, deputatları səlahiyyətlərindən məhrum etmək çox asan məsələyə çevrilib".

"Bu, qanunvericilik praktikasına, dünya qanunvericilik nəzəriyyəsinə görə yolverilməzdir. Deputatı xalq seçir, onun geri çağırılması da yalnız seçicilərinə bağlı olmalıdır".

Gültəkin Hacıbəylinin firkincə, deputatlıq mandatının itirilməsi üçün İntizam Komissiyasının qərarı yetərli olmamalıdır:

"Deputatın adicə nəzakət qaydalarını pozması və buna yönəlik subyektiv və ya fərdi xarakter daşıyan iradlar onun mandatını itirməyə gətirib çıxara bilər. Milli Məclisin İntizam Komissiyasının qərarı bunun üçün kifayətdir. Amma xalqın seçdiyi insanları bir-iki nəfərin qərarı ilə deputat mandatından məhrum etmək qanunvericilik sisteminin özünü ironiyaya, qeyri-ciddi hakimiyyətə çevirməkdir".

Gültəkin Hacıbəyli hesab edir ki, deputatı xalq seçirsə və o adamın fəaliyyətində 6 ay hər hansı bir məhdudiyyət yaranırsa, bu məsələ ilə bağlı proseduru bilavasitə onun seçicilərinin ixtiyarına vermək lazımdır. "Xəstəlik məqamlarından subyektiv maraqlara görə istifadə etmək imkanları var", - o əlavə edir.

"... altı ay, bir il, üç il işə gəlməyənlər olub"

Keçmiş millət vəkili xəstəliyinə görə 6 ay və ya daha çox fəaliyyət göstərə bilməyən deputatların əvvəllər də olduğunu xatırladır, amma deyir ki, onları deputatlıq mandatından məhrum etmək məsələsi "ağıllarına belə" gəlməyib: "Buna bir az qeyri-etik baxmışıq".

Gültəkin Hacıbəyli ona da diqqət çəkir ki, boş deputat yerinə də seçkilər dərhal keçirilmir.

"Nə qədər deputat xəstə ola bilər ki? 125 nəfərin uzaq başı bir nəfəri, iki nəfəri xəstə ola və bununla əlaqəli uzun müddət Milli Məclisin fəaliyyətində iştirak etməyə bilər. Bu zaman da daha çox humanizm prinsiplərindən çıxış etməliyik", o vurğulayır.

Related image

 

"Deputatlıq şəxsi iş deyil, xalqın tapşırığıdır"

"Deputatlıq şəxsi iş deyil, xalqın tapşırığıdır. Bu, özəl şirkət deyil, dövlət layihəsi deyil. Bu, xalqın təmsilçiliyidir. Əgər deputat hansısa səbəbdən, o cümlədən xəstəliyi ilə bağlı gələ bilmirsə və müalicəsi altı ay ərzində hələ bitməyibsə, seçicilər buna görə təmsilçisiz qala bilməzlər", deyə ReAL hərəkatının yetkilisi Erkin Qədirli əlavə edir ki, bu cür qaydalar bütün demokratik parlamentlərdə var.

O hesab edir ki, son zamanlar Milli Məclisdə deputarların davranış və nizam-intizam qaydalarına edilən dəyişiklər doğrudur və daha da sərtləşdirilməlidir:

"Çoxdankı gümanım deyir ki, növbəti seçkilər əvvəlkilərə nisbətən azad olacaq. Sadəcə olaraq, nisbətən azad seçkilərdə formalaşmış parlamentə əlavə nəzarət imkanları olmalıdır. Ona görə hər şeyi sərtləşdirirlər".

Image result for hüquqÃ…ŸÃƒ¼nas ƏlÉ™sgÉ™r MÉ™mmÉ™dli

 

"Opponentini yox etməsi üçün çox münbit şərait deməkdir"

Ancaq hüquqşünas Ələsgər Məmmədli üçün bu dəyişiklər opponentin "yox edilməsinə" yol açır. Onun sözlərinə görə, parlamentdəki çoxluğun imkanı var ki, azlıqda olan deputatın mandatını 63 səslə ala bilsin: "Bu, əlbəttə ciddi şəkildə eyni hüquqi statusda olanların bir-birini yox etməsi və ya opponentini yox etməsi üçün çox münbit şərait deməkdir, demokratik yanaşma deyil".

Ələsgər Məmmədli "əmək qabiliyyətini itirmək" ifadəsini də mübahisəli sayır. Deyir ki, əmək qabiliyyətini itirmək hələ düşünmə qabiliyyətini itirmək deyil.

Onun fikrincə, hansısa deputat ağır qəza nəticəsində hərəkət qabiliyyətini tamamilə itirə, əlil arabasına məhkum ola bilər: "Ona "əmək qabiliyyətini itirdi" statusu verilə bilər, amma beyni işləyir. Buna görə də deputatın statusunda əmək qabiliyyətini itirməsi ifadəsi o qədər də aydın deyil. Əmək qabiliyyəti işgörmə qabiliyyəti kimi anlaşılır, deputat isə düşünərək qərar verir. İki əli də olmaya bilər, amma deputatlıq edə bilər. Bu aspektdən, bu məsələ də mübahisəlidir".

Deputat mandatını nə vaxt itirə bilər?

Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsində Milli Məclis deputatllarının səlahiyyətlərini itirməsi şərtləri qeyd olunur:

· seçkilər zamanı səslərin düzgün hesablanmadığı aşkar olunduqda;

· vətəndaşlıqından çıxdıqda və ya başqa dövlətin vətəndaşlığını qəbul etdikdə;

· cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda;

· dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla);

· özü imtina etdikdə;

· deputat üçün qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozduqda

· Azərbaycan Respublikası Milli Məclisinin deputatları öz səlahiyyətlərini daimi icra edə bilmədikdə və qanunda nəzərdə tutulmuş digər hallarda onların səlahiyyətləri itirilir. Müvafiq qərarın qəbul edilmə qaydası qanunla müəyyən edilir.


Milli Məclis: Əmək qabiliyyətini itirən deputat 63 səslə mandatını itirə bilər

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycanlılar kimə səs verib? - Ukrayna MSK-sı açıqladı
    Ukraynanın Mərkəzi Seçki Komissiyası bu ölkənin Azərbaycandakı Səfirliyində dünən keçirilmiş prezident seçkilərinin nəticələrini açıqlayıb.
     22.04.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ