1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:06.06.2020 11:30:45

Britaniyanın MI-6 kəşfiyyat idarəsinin keçmiş rəhbəri koronavirusun laboratoriyada hazırlandığına və təsadüf nəticəsində yayıldığına inanır.

Britaniyanın MI-6 kəşfiyyat idarəsinin keçmiş rəhbəri Ser Riçard Dirlav COVID-19 xəstəliyinin laboratoriyada hazırlandığına və təsadüf nəticəsində yayıldığına inanır.

İslamazeri.com Sputnik-ə istinadən xəbər verir ki, Dirlav bu barədə "The Telegraph" qəzetinin "Planet Normal" podkastına müsahibəsində bildirib.

"Mən həqiqətən də düşünürəm ki, bu, qəza nəticəsində başlayıb", - Dirlav müsahibəsində deyib. O, bunu London Universitetinin Sent Corc Xəstəxanasının professoru Anqus Dalqlişin və norveçli virusoloq Birger Sorensenin elmi məqaləsinə istinadən bildirib.

Məqalənin müəllifləri virusun insanlara keçmə qabiliyyəti ilə hazırlandığını bildiriblər: "Biz bilirik ki, bu nəticələr siyasi əhəmiyyət kəsb edə və narahatedici suallar doğura bilər."

Dirlav əlavə edib: "Virus haqqında diskussiya inkişaf etdikcə, düşünürəm ki, bütün bu materiallar çap olunacaq və bir çox insanları utancverici vəziyyətə salacaq."


MI-6 kəşfiyyat idarəsinin keçmiş rəhbərindən koronavirus açıqlaması

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bəzi saytların yaydığı
    Dövlət Təhlükəsizliyi Xidmətinə ölkənin tanınmış siyasi xadimlərinin və ayrı-ayrı ziyalılarının çoxsaylı müraciətləri daxil olub.
     19.09.2020
    İrandan ABŞ-a: Biz qadınlardan qisas almırıq
    İran İslam İnqilabı Keşikçiləri Ordusunun (Sepah) komandanı Hüseyn Səlami açıqlama verib
     19.09.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ