Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:28.10.2021 09:56:48

Ermənistan baş nazirinin müavini Mher Qriqoryan parlamentdə bu barədə danışıb.

Regional kommunikasiyanın blokadadan çıxarılması üzrə Ermənistan, Rusiya və Azərbaycan baş nazirlərinin müavinlərindən ibarət işçi qrupu istismarına başlanılan dəmir yollarının xəritəsi üzrə konsensusa yaxınlaşa bilib.

İslamazeri.com “Publika.az”-a istinadla xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin müavini Mher Qriqoryan parlamentdə bildirib.

“Avtomobil yollarına gəlincə, bu məsələ ilə bağlı hələlik konsensusumuz yoxdur. Magistral yollarla bağlı çoxlu təkliflər var, amma hələ də ümumi konsensus və ya ümumi yanaşma yoxdur. Deyə bilmərik ki, hazır yol xəritəmiz var. Dəmir yolları ilə bağlı daha yaxın yanaşmalar və fikirlər var. Orada məsələlər daha aydındır”, - deyə Qriqoryan qeyd edib. Bildirək ki, baş nazirin müavinlərindən ibarət üçtərəfli qrup Rusiya, Ermənistan və Azərbaycan rəhbərləri tərəfindən yaradılıb. Yanvarın 11-də onların Moskvada keçirilən görüşündə bu barədə razılıq əldə olunub. Görüşdə digər məsələlərlə yanaşı, regional kommunikasiyaların açılması məsələsi də müzakirə edilib.


Mher Qriqoryan: “Azərbaycanla dəmir yollarının xəritəsi üzrə...”

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Keşiş Roma Papasına: Tövbə etməlisən...
    Xatırladaq ki, Roma Papası şənbə günü Yunanıstana gəlib və səfər 3 gün davam edəcək.
     5.12.2021
    Azərbaycanın gimnastika komandası Avropa çempionatında 5-ci oldu
    Portuqaliyanın Gimaraynş şəhərində “TeamGym” üzrə Avropa çempionatı başa çatıb.
     5.12.2021

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ