Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:22.10.2021 14:47:13

Beynəlxalq ekspert M.Brayza Saakaşvilinin həbsinin dünya tərəfindən siyasi motivli həbs kimi qəbul edildiyini qeyd edib.

“Gürcüstanın keçmiş Prezidenti Mixeil Saakaşvilinin saxlanılması ağıllı siyasi addım deyil”.

İslamazeri.com "Report"-a istinadən xəbər verir ki, bunu “Atlantik Şurası”nın böyük elmi işçisi, ABŞ-ın Azərbaycandakı sabiq səfiri, beynəlxalq ekspert Metyu Brayza Gürcüstanın “Interpressnews” agentliyinə müsahibəsində deyib.

Onun sözlərinə görə, dünyada istənilən siyasi lider hərəkətlərinə görə cavabdehlik daşıyır: “Saakaşvili bilirdi ki, qərarı çox risklidir. Həbs olunacağını bilsə də, o, Gürcüstana qayıtmasını düzgün qərar hesab edib”.

M.Brayza vurğulayıb ki, müxalifət liderinin və eyni zamanda, ölkənin keçmiş prezidentinin həbs olunması problem yaradır və dünya tərəfindən siyasi motivli həbs kimi qəbul edilir: “Bu, hökumətə bir sıra problemlər yaradır və ölkədə böhrana səbəb olur”.

Qeyd edək ki, M.Saakaşvili oktyabrın 1-də Tbilisidə həbs olunub. Rustavidəki 12 saylı həbsxanada saxlanılan siyasətçi özünü siyasi məhbus adlandırır və azad edilməsini tələb edir. O, bu tələblə artıq 22-ci gündür aclıq aksiyası keçirir.


Metyu Brayza: "M.Saakaşvilinin həbs olunması siyasi cəhətdən ağıllı addım deyil"

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Keşiş Roma Papasına: Tövbə etməlisən...
    Xatırladaq ki, Roma Papası şənbə günü Yunanıstana gəlib və səfər 3 gün davam edəcək.
     5.12.2021
    Azərbaycanın gimnastika komandası Avropa çempionatında 5-ci oldu
    Portuqaliyanın Gimaraynş şəhərində “TeamGym” üzrə Avropa çempionatı başa çatıb.
     5.12.2021

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ