EURO 1,927 TRY 0,3195
USD 1,7 RUB 0,0259
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:08.02.2019 21:57:52

"Həyatda hər şey ola bilər..."

İslamazeri.com-un “Islam Today”-ə istinadən verdiyi xəbərə əsasən, SSRİ və Rusiyanın məşhur tele-jurnalistlərindən biri olan Vladimir Pozner verdiyi müsahibə zamanı öz dini baxışları haqda danışıb.

Məxsusən də, o, ateizmdən imtina edərək Allaha iman gətirəcəyini istisna etmir.

“Mən buna əsaslanıram ki, “heç zaman” və ya “mümkün deyil” sözlərindən olduqca nadir hallarda istifadə etmək lazımdır. Həyatda hər şey olur. Əgər lap çoxdandan, mənim 20 yaşım olanda, məndən soruşsaydılar ki, “nə vaxtsa Sovet quruluşunu tənqid edə biləmmi?”, yəgin cavab verərdim ki, yox. Amma bu baş verdi. Allaha inama gəldikdə isə, bunun baş verməyəcəyini demək düzgün olmazdı”, - deyə o qeyd edib.

Eyni zamanda, Pozner “Məhz nə sizi Allahın var olmasına inandıra bilər?” sualına cavab verməkdə çətinlik çəkib.

“Mən heç təsəvvür belə edə bilmirəm ki, bu nə ola bilər. Güman edirəm ki, elə bir şey baş verə bilər ki, məni inanmağa vadar edə bilər”, - deyə o bildirib.


Məşhur jurnalist: Ateizmdən imtina edə bilərəm

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda körpüdə ağır qəzanın görüntüləri yayıldı - VİDEO
    Ötən gün Bakıda körpüdə aşan avtomobilin videogörüntüləri yayılıb.
     23.02.2019
    Suriyadan İraqa 40 üstü bağlı yük maşını keçib
    Suriya İnsan Haqqları Müşahidə Təşkilatı açıqladı
     23.02.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ