EURO 2,0296 NEFT 57,34
USD 1,7008 RUB 0,0295
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:13.09.2017 14:03:19

Məşhur aktyor və yoldaşı İraqdan olan qaçqına yardım ediblər.

İslamazeri.com-un xarici mediaya istinadən verdiyi xəbərə əsasən, məşhur Hollivud aktyoru Corc Kluni və onun həyat yoldaşı - nüfuzlu hüquq-müdafiəçisi Əmal Əlamuddin İraqdan olan qaçqını öz evlərinə yerləşdiriblər.

Hazırda dünyaca məşhur cütlüyün ABŞ-ın Kentukki ştatındakı evində yaşayan iraqlı gənc vaxtı ilə İŞİD terror təşkilatının hücumuna məruz qalıb və xoşbəxtlikdən sağ qala bilib.

Jurnalistlərin sözlərinə görə, gənc oğlan Mosul istiqamətində hərəkət edən avtobusda olarkən, terrorçular nəqliyyat vasitəsini saxlayıb, sürücüləri güllələyib və sərnişinləri hədələyiblər. O, bu hadisədən sağ çıxa bilib və daha sonra qaçqın kimi ABŞ-a köçüb.

“O, bütün yoxlamalardan keçdikdən sonra, biz ona yardım əlimizi uzatdıq.”, - deyə Kluni bildirib. İraqlı gənc hazırda Çikaqo universitetində təhsil alır.

Qeyd edək ki, Donald Tramp ABŞ Prezidenti seçildikdən sonra, ölkəyə daxil olan insanlara qarşı qat-qat sərtləşdirildi, bir sıra ölkə vətəndaşlarına isə ABŞ-a gəlmək tamamilə qadağan edildi.


Məşhur Hollivud aktyorundan Trampa insanlıq dərsi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • BP-nin Bakıdakı baş ofisində bütün işçilər təxliyyə edildi - FOTO
    Əraziyə yanğınsöndürənlər gəlib.
     25.09.2017
    Ermənistan ordusunda dava düşüb, iki əsgər güllələnib
    Onlar ağır bədən xəsarətləri ilə hospitala təxliyyə ediliblər, vəziyyətləri ağırdır.
     25.09.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ