1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MƏDƏNİYYƏT

Kateqoriya : XƏBƏRLƏR

MƏDƏNİYYƏT

Yayınlanma tarixi:10.01.2019 10:33:21

Sosial şəbəkələrdə Üzeyir Hacıbəylinin ''O olmasın, bu olsun'' operettası əsasında 1953-cü ildə İranda çəkilmiş film yayımlanıb.

Sosial şəbəkələrdə Üzeyir Hacıbəylinin ''O olmasın, bu olsun'' operettası əsasında 1953-cü ildə İranda çəkilmiş film yayımlanıb. Məlumdur ki, eyni adlı film Azərbaycanda 1956-ci ildə çəkilib. Bəs görəsən necə olub ki, eyni ssenari əsasında İranda da film çəkilib, həm də Azərbaycandan daha əvvəl?

Kino tədqiqatçıları bu ssenarinin oğurluq olduğunu və işlənməsində də təhriflərə yol verildiyini deyirlər. Hətta daha əvvəl mənfur düşmənlərimiz də buna cəhd edib, amma cəhdləri uğursuz olub.

Xezerxeber.az-ın məlumatına görə, ''Məşdi İbad'' adlı film korifey bəstəkarımız Üzeyir Hacıbəylinin yazdığı "O olmasın, bu olsun" operettası əsasında 1953-cu ildə İranda çəkilib. Halbuki, operetta ilə eyni adı daşıyan film Azərbaycanda 1956-cı ildə işıq üzü görüb. Bəs görəsən necə olub ki, ssenarisi eyni olan bu film İranda da çəkilib, həm də Azərbaycandan 3 il əvvəl. Bu sualdan əvvəl xüsusilə vurğulanmalıdır ki, burada söhbət sözügedən operettanın hansısa iranlı müəllif tərəfindən yazılmasından deyil, onun müəllifinin Üzeyir Hacıbəyli olduğu halda Azərbaycandan 3 il əvvəl İranda çəkilməsindən gedir. Bu, ona görə mübahisə mövzusu deyil ki, "O olmasın, bu olsun" musiqili komediyasını Üzeyir bəy 1911-ci ildə yazıb.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü, kino tədqiqatçısı Aydın Kazımzadənin sözlərinə görə, bu ssenari elə Azərbaycanda radio tamaşası üçün fars dilinə tərcümə edilib. Hazır ssenaridən istifadə edən iranlı rejissorlar da belə bir filmi ərsəyə gətiriblər. Amma filmin ssenarisində və musiqilərində təhriflər edilib, peşəkar çəkilməyib və nəticədə uğursuz olub.

Eyni addımı 1918-ci ildə mənfur düşmənlərimiz olan ermənilər də atıblar və Üzeyir bəyin ssenarisini oğurlayaraq film çəkiblər və bunu öz adlarına çıxarmağa çalışıblar. Amma onların cəhdi uğursuz olub.

1956-cı ildə Azərbaycanda Üzeyir Hacıbəylinin operettası əsasında çəkilən ''O olmasın, bu olsun'' filmi bütün dünyaya səs salıb, İran və digər ölkələrdə geniş şəkildə yayımlanıb.

Aydın Kazımzadənin sözlərinə görə, xalqın istəyi ilə bu filmin İranda nümayişi uzadılsa da, sonradan hansısa səbəbdən filmin yayımı qadağan edilib. Amma bütün dünya bu ssenari və filmi Azərbaycan kinosunun incisi kimi tanıyır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Məşədi İbada İranda da film çəkilib - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Prezident İlham Əliyev Əli Həsənovu işdən çıxardı
    Prezident İlham Əliyev Nazirlər Kabinetində kadr dəyişikliyi edib.
     21.10.2019
    Marneulinin İmam Hüseyn məscidində Ərbəin mərasimi - FOTO
    Ərbəin münasibətilə Marneulidə yerləşən İmam Hüseyn (ə) məscidində təşkil olunub
     21.10.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ