EURO 2,0862 NEFT 74,09
USD 1,7 RUB 0,0278
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İQTİSADİYYAT

Kateqoriya : XƏBƏRLƏR

İQTİSADİYYAT

Yayınlanma tarixi:29.12.2017 10:45:09

Bu barədə AMB-nin 2018-ci il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında bildirilir.

Azərbaycan Mərkəzi Bankı (AMB) özünün stabilizasiya xarakterli balanslı pul siyasəti ilə əldə olunmuş makroiqtisadi və maliyyə sabitliyinin dayanıqlığının təmin olunmasına zəruri dəstək verəcək, hökumətlə birlikdə öz siyasətini inflyasiyanın birrəqəmli səviyyədə saxlanılmasına yönəldəcək, inflyasiyaya təsir imkanlarını artırmaq üçün pul siyasətinin strateji və əməliyyat çərçivəsini daha da təkmilləşdirəcək. Bu məqsədlə növbəti ildə və ortamüddətli dövrdə yeni makroiqtisadi və maliyyə sabitliyi platformasının formalaşdırılmasını təmin edən radikal islahatlar həyata keçiriləcək.

Bu barədə AMB-nin 2018-ci il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında bildirilir.

Bəyanatda bildirilir ki, ölkədə makroiqtisadi sabitliyi möhkəmləndirmək və dayanıqlı iqtisadi artıma nail olmaq ortamüddətli makroiqtisadi siyasətin başlıca prioritetidir. Bu prioritetin reallaşdırılması sıx koordionasiya olunmuş makroiqtisadi çərçivə və gözləntiləri effektiv idarə edən pul siyasəti rejimi vasitəsilə mümkündür. Bütövlükdə, formalaşdırılan yeni maktoiqtisadi sabitlik və inkişaf platforması iqtisadiyyatı xarici və daxili şoklardan effektli qorumağa imkan verməklə milli iqtisadiyyatın yüksək artım trayektoriyasına qayıtmasını təmin edəcək.

"Makroiqtisadi sabitlik çərçivəsinin dayanıqlığının gücləndirilməsi 2018-ci ildə AMB-nin pul siyasətinin başlıca məqsədini təşkil edəcək, inflyasiya gözləntilərinin azaldılmasına yönəlmiş siyasət davam etdiriləcək. AMB 2018-ci ildə də özünün pul siyasəti hədəflərini makroiqtisadi proqnozları nəzərə almaqla formalaşdırılıb", - deyə bəyanatda qeyd olunub.

Qiymətləndirmələr göstərir ki, proqnozlaşdırılan tədiyyə balansı və Dövlət Neft Fondundan transfertlərinin həcmi 2018-ci ildə valyuta bazarında stabilliyi təmin etməlidir. Manatın məzənnnəsinin uzunmüddətli trendini məhz bu fundamental makroiqtisadi amilllər formalaşdırır. Valyuta bazarının uzunmüddətli sabitliyi üçün tətbiq edilən valyuta nəzarətinin optimallaşdırılması da mühüm əhəmiyyətə malikdir.

Bəyanatda bildirilir ki, fiskal siyasətdəki nisbi yumşalmanı nəzərə almaqla AMB 2018-ci ildə konservativ pul siyasətini davam etdirəcək. Bunun üçün AMB adekvat monetar şəraitin formalaşdırılmasını təmin edəcək.

"AMB inflyasiyanın dinamikasını və inflyasiya gözləntilərini nəzərə alaraq uçot dərəcəsinin real səviyyəsinin pozitiv zonada qalmasına üstünlük verəcək. Pul təklifinin həcmi iqtisadi artım və inflyasiya proqnozları, habelə maliyyə bazarlarında gedən proseslər və bank sisteminin likvidlik mövqeyi nəzərə alınmaqla tənzimlənəcək. Ödənişlərin fasiləsizliyini təmin etmək, iqtisadiyyatın zəruri həcmdə likvidliyə olan tələbatını ödəmək bundan sonra da diqqətdə saxlanılacaq. AMB banklar tərəfindən likvidliyin effektiv idarə edilməsinə şərait yaratmaq və pul siyasəti hədəflərinə nail olmaq üçün özünün müxtəlif çərçivə və açıq bazar əməliyyatlarını aktiv saxlayacaq. Alətlərdən istifadə bank sisteminin likvidlik vəziyyətindən asılı olacaq", - deyə bəyanatda qeyd olunub.


Mərkəzi Bankı radikal islahatlara hazırlaşır

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda qayınatasını qətlə yetirən şəxs tutulub
    Bakıda qayınatasını qətlə yetirən şəxs tutulub.
     23.04.2018
    Müxalifət bir araya gəlir; Ərdoğana qarşı vahid namizəd Abdulla Gül ola bilər - ƏTRAFLI
    Türkiyədə seçkilərin tarixinin dəyişməsi hazırki hökümət üçün yaxşı olmaya bilər
     23.04.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ