1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:05.10.2018 12:23:36

Almaniya kansleri İsrail rejiminin Ban naziri ilə görüşüb.

İslamazeri.com-un TASS-a istinadən verdiyi xəbərə əsasən, Almaniya kansleri Angela Merkel İsrail rejiminin Baş naziri Binyamin Netanyahu ilə görüşün yekununa dair keçirilən mətbuat konfransında bəyan edib ki, İran öz qüvvələrini Suriya ərazisindən çıxarmalıdır, çünki bu İsrail üçün təhlükə mənbəyidir.

Biz çoxlu səylər etdik, mən Rusiya prezidenti ilə İranın getməli olması və (İranın) Suriyaya təsirinin mümkün qədər azaldılmalı olması haqda danışdım. Bu da, əlbəttə ki, mürəkkəb layihədir.”, - deyə Merkel bildirib.

Onun sözlərinə görə, “İranın öz qüvvələrini Qolan yüksəkliklərinin yaxınlığında yerləşdirməsi faktı İsrail üçün təhlükə mənbəyidir”.

O qeyd edib ki, belə təhlükə mənbələrindən biri də Livandır.

Xatırladaq ki, bir müddət öncə Rusiya xarici işlər naziri Sergey Lavrov bildirmişdi ki, İran Suriyada terrorçuluqla mübarizədə effektiv yardım edir.

Sentyabrın 27-si Netanyahu demişdi ki, İsrail Suriya və digər ölkələrdə İrana qarşı fəaliyyət göstərməyə davam edəcək.


Merkel: İran Suriyanı tərk etməlidir!

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Əlövsət Əliyev Almaniyada həbs olunub
    Almaniyada fəaliyyət göstərən "Legat" İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyevin barəsində həbs-qətimkan tədbiri seçilib
     16.11.2019
    “Müsavat Partiyası qanunsuz miqrasiya ilə bağlı obyektiv araşdırmaların aparılmasında maraqlıdır”
    Müsavat Partiyası Almaniyada mühacirətdə olan partiya üzvlərinə qarşı cinayət işi qaldırılması, onların saxlanılnması və partiya funksionerlərinin saxta sənədlər verməsi ilə bağlı yayılan məlumatları təkzib edib.
     15.11.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ