EURO 1,8757 TRY 0,2945
USD 1,7 RUB 0,0266
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İDMAN

Kateqoriya : XƏBƏRLƏR

İDMAN

Yayınlanma tarixi:08.02.2019 11:17:45

Ağır atletika üzrə kişilər və qadınlar arasında keçirilən Azərbaycan çempionatı davam edir.

Ağır atletika üzrə kişilər və qadınlar arasında keçirilən Azərbaycan çempionatı davam edir.

Azərbaycan Ağır Atletika Federasiyasından İslamazeri.com-a verilən məlumata görə, qadınlardan sonra körpücük üzərinə 55 kiloqram çəki dərəcəsində kişilər çıxıb.

Qalibləri Sinkleyr cədvəlinə əsasən müəyyən ediblər. Toplam 190 kiloqram (88+102) nəticə göstərən Tehran Məmmədov rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İkinci yerə toplam 176 kiloqram (79+97) nəticə ilə Əvəz Tağıyev, üçüncü yerə isə toplam 161 kiloqram (71+90) nəticə ilə İsmayıl Qəmbərzadə çıxıb.

Gənclər və İdman Nazirliyinin, Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100 - dək atlet qüvvəsini sınayır.

Çempionatın keçirilməsi idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirməyi bacaran idmançıların seçilməsi, habelə kişilərdən və qadınlardan ibarət milli komandaların tərkibinin müəyyənləşdirilməsi, onların qarşıdakı beynəlxalq yarışlara hazırlanması məqsədi daşıyır.


Məmmədov Azərbaycan çempionu oldu

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • “Əli Əkbər Vilayətini Bakıda həbs edin, bizə təhvil verin” - Argentinadan tələb...
    Argentina hökuməti İranın yüksək vəzifəli rəsmisini Bakıya yaxın günlərdə edəcəyi səfər zamanı həbs olunub bu ölkəyə təhvil verilməsi üçün Azərbaycan tərəfinə rəsmi müraciət edib.
     12.11.2019
    Azərbaycan neftinin bu günə olan qiyməti
    Azərbaycan neftinin bu günə olan qiyməti haqqında məlumat.
     12.11.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ