EURO 2,0949 NEFT 64,8
USD 1,7001 RUB 0,03
  1. http://www.islamazeri.com/
  2. TƏHLİL
  3. ARAŞDIRMA

Kateqoriya : TƏHLİL

ARAŞDIRMA

Yayınlanma tarixi:26.01.2018 14:40:46

Azərbaycanda sosial şəbəkələr vasitəsilə surətlə yayılan "narkotikli konfet" xəbəri başqa ölkələrdə də eyni cür yayılıb

İslamazeri.com xəbər verir ki, xüsusilə "whatcapp" vasitəsilə yayılan xəbərdə bəzi məktəblərin yanında reklam xarakterli konfetlərin paylanıldığı məlumatları yayılmışdı. Bakı məktəblərində guya paylanılan konfetlərdən hətta bir neçə uşaq xəstəxanaya yerləşdirilibmiş. 

Bu xəbər təsdiqini tapmasada, valideynlər yenə narahatdırlar. Adı hallanan məktəb müdiriyyəti yerli mediaya xəbəri təsdiq etməyiblər. Təhsil Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, yayılan informasiyanın heç bir əsası yoxdur. Heç bir məktəbdə belə hal aşkar olunmayıb. Xəstəxanalarda da belə bir faktla bağlı məlumatlar yayılmayıb. Daxili İşlər Nazirliyi məsələyə münasibətini açıqlayıb - ətraflı.

Odur ki, kiçik bir araşdırma nəticəsində məlum olub ki, bu paylaşım Rusiya, Ukrayna, Belorus və  Qazaxıstandan paylaşılıb. Eyni məzmunda məlumatın valideynlər arasında yayılması isə müəmma olaraq qalır.

Xəbər Qazaxıstanda daha geniş rezonans doğurduğuna görə, yerli DİN məsələyə münasibət bildirib və belə bir faktın olmadığını açıqlayıblar. Ölkəmizdə bu cür məlumatların yayılmasının pərdəarxası  hələ ki, mediaya məlum olmayıb. Lakin 3 versiya üzərində işləmək mümkündür.

Birinci versiyaya görə, kim(lər)sə sosial şəbəkələrdə "Kütlə Psixologiyası”nın ölkəmizdə nə dərəcədə təsirli olmasını test edir; Fransız psixoloqu Lebon Qustavın “Xalqlar və kütlə psixologiyası” əsərində qeyd edilənləri canlı olaraq sınaqdan çıxarmaq qərarına gəliblər.

İkinci versiyaya görə, yeni narkotikin reklamını bu yolla edirlər. Anti-reklamın özünün reklam olmasını bilənlər adətən pulsuz anti-reklama üstünlük verirlər.

Üçüncü versiya isə, bu məlumatı başqa ölkələrdə mediada görüb, sırf maraq, zarafat və əyləncə olaraq paylaşılıb.

Azərbaycanda sosial şəbəkələrdə yayılan səslərdən biri


"Məktəblərdə şagirdlərə təqdim olunan narkotik-konfetlər" xəbəri başqa ölkələrdə də yayılıb - FOTO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycan nefti ucuzlaşıb
    "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,60 dollar və yaxud 0,90% azalıb.
     21.02.2018
    Cəlilabadda keçirilən
    İslamazeri.com saytının "Sosial Şəbəkə" rubrikası xəbər verir ki, Azərbaycanın bütün guşələrində olduğu kimi, əhlibeytsevər Cəlilabadda da Xanım Fatimeyi Zəhranın (s.ə) şəhadət günləri keçirilir. Dünən mərasimə ölkənin tanınmış ruhanisi, ilahiyyatçı alim Hacı Fariz Xammədli, Quran qarisi İlkin Həsənzadə və Əhlibeyt məddahı Hacı Möhübbət qatılıblar.
     20.02.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ