EURO 2,012 TRY 0,234
USD 1,7 RUB 0,0232
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:05.11.2019 16:38:28

ABŞ prezidenti Donald Trampın birgə işlədiyi mühasibat firması onun son səkkiz ildəki bütün vergi sənədlərini Nyu York ştatının ittihamçılarına verməlidir.

İslamazeri.com "voa"ya istinadən xəbər verir ki, ABŞ apelyasiya məhkəməsi Trampla bağlı qərar çıxarıb.

Məlumata görə, ABŞ prezidenti Donald Trampın birgə işlədiyi mühasibat firması onun son səkkiz ildəki bütün vergi sənədlərini Nyu York ştatının ittihamçılarına verməlidir. ABŞ apelyasiya məhkəməsinin bu barədə çıxardığı hökm Prezident Trampın öz maliyyə vəsaitlərini gizli saxlamaq səylərinə ciddi zərbə endirmiş olur.

Nyu Yorkda qərargahlanan Apelyasiya Məhkəməsinin İkinci Dairəsinin çıxardığı qərar Mazars LLP mühasibat şirkətinə qarşı sənəd təqdimatı qərarlarını ittihamçıların icra etmək funksiyasına qanuni əsas verir.

Çıxarılan hökmlə bağlı prezidentin Ali Məhkəməyə müraciət edəcəyi gözlənilir ki, buradakı doqquz ali hakimdən ikisini Donald Tramp təyin edib. Ali Məhkəmədə mövcud doqquz hakimdən beşi mühafizəkar təmayüllü sayılır.

Partiya mənsubiyyəti Demokrat olan Manahattan Rayon Prokuroru Cyrus Vans Tramp və onun ailəsinin daşınmaz əmlak biznesinə qarşı açlımış təhqiqatda onun gəlirlər bəyannaməsinə çıxış əldə etməyə çalışır. Həmin təhqiqatın miqyası bəlli deyil.

Vansın ofisi Trampın müraciətinə Ali Məhkəmədə baxıldığı zaman vergi sənədlərinin alınması ilə bağlı qərarı icra etməməyə razılıq verib.

Hazırkı razılığa əsasən, Tramp növbəti 10 gün ərzində apelyasiyaya müraciət etməlidir.

Nyu Yorkda qərarganlanan biznesi əsasında daşınmaz əmlak imperiyası qurmuş Prezident Tramp hazırda Demorkatların dominant olduqları Nümayəndələr Palatasında impiçment sorğusu ilə üzləşir.


Məhkəmədən Trampa vergi tələbi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bazar gününə olan statistika: Koronavirusdan sağalanların sayı 90 faizi keçdi
    Azərbaycanda koronavirus infeksiyasına 87 yeni yoluxma aşkarlanıb, 308 nəfər müalicə olunaraq sağalaraq evə buraxılıb.
     09.08.2020
    Gürcüstanda Qədir Xum bayramı keçirildi - FOTO
    Gürcüstanda İmamət və Vilayət bayramı olan Qədir Xum bayramı münasibətilə bayram keçirilib
     09.08.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ