EURO 1,8991 TRY 0,294
USD 1,7 RUB 0,0271
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:25.11.2019 15:54:39

Sumqayıt Apellyasiya Məhkəməsində hakim Şəmsəddin Abbasovun sədrliyi ilə deputat Rafael Cəbrayılova qarşı kredit borcu ilə bağlı işə baxılıb.

Sumqayıt Apellyasiya Məhkəməsində hakim Şəmsəddin Abbasovun sədrliyi ilə deputat Rafael Cəbrayılova qarşı kredit borcu ilə bağlı işə baxılıb.

Trend-in məlumatına görə, prosesdə Rafael Cəbrayılov tərəfindən kassasiya şikayətinin verilmə müddətinin bərpa edilməsi barədə qərar qəbul edilib.

Belə ki, Abşeron Rayon Məhkəməsi “AG Bank” ASC-nin iddiasına əsasən, R.Cəbrayılovun müxtəlif kredit müqavilələri üzrə iddiaçıya 2 milyon 222 min 232 dollar və 326 min 848 manat (ümumilikdə təxminən 4,1 milyon manat) ödəməsi barədə qətnamə çıxarıb.

Qətnamədə, həmçinin, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyindəki binalarda yerləşən mənzillərin satılaraq “AGBank” ASC-nin hesabına ödənilməsi qeyd edilib.

12 mart 2018-ci ildə çıxarılan bu qətnamədən həm iddiaçı, həm də cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən edilməsi hissəsində ləğv edilərək, onların yenidən qiymətləndirilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib.

Sumqayıt Apellyasiya Məhkəməsi bu il iyunun 14-də “AG Bank” ASC-nin apellyasiya şikayətini qismən təmin edərək, ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirib.

Qətnamə ilə razılaşmayan Rafael Cəbrayılov kassasiya şikayəti və kassasiya şikayəti verilməsi müddətinin bərpası barədə məhkəməyə ərizə verib. Noyabrın 19-da Rafael Cəbrayılov tərəfindən kassasiya şikayətinin verilmə müddətinin bərpa edilməsi barədə qərardad qəbul edilib.


Məhkəmə qərar verdi: Deputat Rafael Cəbrayılov 4,1 milyon manat borcu ödəməlidir

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • “EuroHome”da sahibkarlara ödəniləcək kompensasiya ilə bağlı müzakirə keçirilib
    Sahibkarlara dəymiş ziyanla əlaqədar olaraq aparılan müvafiq araşdırmalar barədə məlumat verilib.
     13.12.2019
    ABŞ Senatı erməni soyqırımının tanınmasına dair qətnaməni qəbul etdi
    ABŞ Senatı 1915-ci ildə Osmanlı İmperiyası dövründə ermənilərin qətllərinin soyqırım kimi tanınmasına dair qətnaməni yekdilliklə qəbul edib
     13.12.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ