EURO 1,8828 TRY 0,2982
USD 1,7 RUB 0,0266
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:06.11.2019 14:52:35

Əziz Orucov 2017-ci il mayın 2-də polisə müqavimət ittihamı ilə saxlanıb

Noyabrın 5-də Nəsimi rayon məhkəməsində “Kanal-13” İnternet televiziyasının həmtəsisçisi Əziz Orucovun şərti cəzadan azad edilməsi və məhkumluğunun götürülməsi haqqında müraciətinə baxılıb. Hakim Şəlalə Həsənova onun müraciətini təmin etməyib. O, “Orucov islah olunduğunu sübut edə bilmədiyi üçün” şərti cəzanın ləğvinə əsas olmadığını hesab edib.

Orucov bu qərardan apellyasiya verəcəyini bildirib, belə ki, qərar qərəzli və ədalətsizdir və “Kanal-13”ün obyektiv fəaliyyətinə görə qisas məqsədi güdür.

O qeyd edib ki, bu, hakim Həsənovanın ona qarşı ilk “qərəzli qərarı” deyil: “Məni əvvəlcə şərləyib 30 gün inzibati həbs cəzası vermişdilər. Bu cəza müddəti başa çatanda cinayət işi başlayıb, yenidən həbs-qətimkan tədbiri seçmişdilər. O zaman mənim haqqımda ilk həbs qərarını da sifarişlə bu hakim vermişdi”, deyə Orucov bildirib.

O qeyd edib ki, şərti cəza ona çətinliklər yaradır. Xüsusən, jurnalistin ölkədən çıxışına qadağa qoyulub, mütəmadi olaraq məhkəmə icraçılarıyla əlaqədə olmalı, onların çağırışlarına getməlidir.

Əziz Orucov 2017-ci il mayın 2-də polisə müqavimət ittihamı ilə saxlanıb, ona 30 sutka inzibati həbs cəzası verilib. Azadlığa buraxılmalı olduğu gün – iyunun 1-də Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində barəsində cinayət işi başlanıb. Ona CM-nin 192 (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib. Jurnalist Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi də bu hökmü qüvvədə saxlayıb. 2018-ci ilin aprelində Ali Məhkəmə jurnalistin 3 il şərti cəza ilə azadlığa buraxılmasına qərar verib.

Əzizov hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb. 


Məhkəmə jurnalisti şərti cəzadan azad etməkdən imtina edib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Avstraliyaya Azərbaycandan 5.6 milyon dollarlıq “buz” idxal edən şəxs kimdir...
    Azərbaycandan Avstraliyaya “buz” adı verilən iri həcmdə narkotik mənşəli kimyəvi pereparat idxal edən şəxs bu gün Sidney məhkəməsi qarşısına çıxarılır.
     21.11.2019
    Mobil operatorların internet təklifləri nə qədər sərfəlidir?
    Mobil rabitə bazarında digər sahələr ilə bağlı araşdırmalarımızı davam etdirəcəyik.
     21.11.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ