EURO 1,8808 TRY 0,2983
USD 1,7 RUB 0,0267
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:13.07.2019 08:40:00

İyulun 12-də Nəsimi Rayon Məhkəməsi REAL Partiyası Milli Məclisinin rəhbəri Azər Qasımlının ölkədən çıxışına qadağanın götürülməsi barədə qərar qəbul edib

İyulun 12-də Nəsimi Rayon Məhkəməsi REAL Partiyası Milli Məclisinin rəhbəri Azər Qasımlının ölkədən çıxışına qadağanın götürülməsi barədə qərar qəbul edib. Bu barədə Turan-a A.Qasımlı bildirib.

Onun sözlərinə görə, hakim Babək Pənahovun sədrliyilə məhkəmə çəkişməsi cəmi 3 dəqiqə davam edib.

Hakim üç il öncə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsi tərəfindən qoyulan qadağanı götürüb.

A.Qasımlının sözlərinə görə, məhkəmə prokurorluğun qadağasını "qanunsuz" adlandırıb.

"Bu, həmin iş üzrə beşinci proses idi. Hər dəfə prokurorluğun nümayəndələri məhkəmə gəlmirdilər. Onlar bu gün də gəlmədilər. Lakin hakim prosesi keçirməyi qərara aldı. Məhkəmənin qərarı məni yaxşı mənada təəccübləndirdi", - o deyib.

Prokurorluq qadağanı guya A.Qasımlının adının keçdiyi hansısa cinayət işi ilə əsaslandırmışdı. "Lakin biz prokurorluqda bu işin nə zaman və hansı məqalə üzrə başlandığını dəqiqləşdirə bilmədik", - A.Qasımlı deyib.

2018-ci ilin dekabrında AİHM xarici səfərlərə qadağa ilə bağlı A.Qasımlının şikayətini təmin edib.

Lakin AİHM-in qərarı indiyədək yerinə yetirilməyib.


Məhkəmə Azər Qasımlının xarici səfərlərinə qadağanı aradan qaldırıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Nazir: Orta pensiya məbləği 293 manat olacaq
    Gələn il pensiyaların indeksasiyası nəzərdə tutulur. Belə ki, ölkəmizdə orta pensiya məbləği ciddi şəkildə artaraq, 293 manat ətrafında olmalıdır.
     22.11.2019
    İran hərbi hava təlimləri keçirir
    İran Hərbi Hava Qüvvələri “Vilayət səmaları müdafiəçiləri-98” adlı hərbi hava manevrinin “Ya Məhəmməd Rəsulullah!” adlı sonuncu mərhələsi noyabrın 22-də başlayıb.
     22.11.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ