1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:6.05.2021 14:01:16

AİP-in sədr əvəzi Hacı İlham Əliyevin növbəti məhkəməsi keçirilib

İslamazeri.com xəbər verir ki, AİP-in sədr əvəzi Hacı İlham Əliyevin növbəti məhkəməsi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hakim qərarını açıqlayıb.

Hacı İlham Əliyev 16 il, onunla həbs olunan Mehman Rzayevə 14 il həbs cəzası verilib.

İlham Əliyev və onunla birlikdə həbs edilən Mehman Rzayevin cinayət işi üzrə məhkəmə araşdırması Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilib.

Prosesdə İlham Əliyev son sözlə çıxış edib. O, son sözündə elan olunmuş ittihamla razılaşmadığını deyib. Bildirib ki, İslam Partiyası möminlərin ianələri hesabına maliyyələşib.

O deyib ki, İranda konfransda iştirak edən zaman bir nəfər onlara maliyyə dəstəyi etməyi, kömək olmağı təklif edib: “Biz belə razılaşdıq ki, digər möminlər necə, onlar da o qaydada ianə edə bilərlər. Razılaşmamız da bu şəkildə olub ki, rəsmi qaydada ianə alınmayıb. Onlar bir neçə ay bizə yardım ediblər. Elə olub ki, aylarla ianə verməyiblər. Biz öz möminlərimizin dəstəyi ilə ayaq üstə qalmışıq.

Heç bir çıxışımda, müsahibəmdə, heç bir hərəkətimdə dövlət əleyhinə çıxmamışam. Nə öz fəaliyyətimdə, nə işlədilən saytda, nə də qəzetdə dövlət əleyhinə olmamışıq.

Vətənə xəyanət ittihamını sübut edəcək heç bir fakt yoxdur. Mən qətiyyən bununla razılaşmıram.

Bizim bütün fəaliyyətimiz göz önündə olub. Toplanan ianələr sayəsində ətrafımızda olan insanlara kömək etmişik. İndi bu yardımlar olub xəyanət . Bu günə qədər dövlətə qarşı heç bir əks fəaliyyətimiz olmayıb.

Buna görə də məhkəmənin ədalətli qərar çıxaracağına inanıram”, - yazır musavat saytı.

Məhkəmə müşavirədən sonra hökmü elan edib. Hökmə əsasən İlham Əliyev 16 il, Mehman Rzayev isə 14 il müddətinə azadlıqdan məhrum ediliblər.


Məhkəmə AİP-in sədr əvəzi Hacı İlham Əliyev haqqında hökm oxudu - Ətraflı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İran prezident seçkilərində iştirak edəcək namizədlər
    İran Daxili İşlər Nazirliyinin mətbuat-xidmətinin məlumatına əsasən, namizədlər aşağıdakı şəxslərdir:
     25.05.2021
    Xüsusi karantin rejimi yumşaldılır - TAM SİYAHI
    Nazirlər Kabineti yanında Operativ Qərargah bu gün keçirilən brifinqində xüsusi karantin rejiminin yumşaldılması ilə bağlı bir sıra qərarlarını açlıqadı.
     25.05.2021

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ