EURO 1,9848 NEFT 78,55
USD 1,7 RUB 0,0253
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:11.01.2018 14:30:43

“Körfəz problemi başlamamışdan öncə BƏƏ, müxalifət adamlarından birinin Qətərdə məskunlaşan həyat yoldaşının təhvil verilməsini istəmişdi. Lakin əmir mənfi cavab verdikdən sonra onların həmləsi başladı”

İslamazeri.com İuvmpress.com-a istinadən xəbər verir ki, bunu Qətərin xarici işlər naziri Məhəmməd bin Abdurrahman Ali-Sani deyib.
Birləşmiş Ərəb Əmirliyinin Qətəri iqtisadi və siyasi baxımdan muhasirə alan ölkələrə qoşulmasına münasibət bildirən Məhəmməd bin Abdurrahman Ali-Sani vurğulayıb ki BƏƏ bu işi bir qadına görə etdi.


O bildirib ki həmin məsələdən öncə baş verən gərginliklər iki ölkə arasında dərhal müzakirəyə çıxarılar və həlli tez tapılardı.
“Həmin qadın cinayət işlətməmiş və Qətərin qanunlarını pozmamışdı. Həm də bizim bir ərəb olaraq əxlağımıza və körfəzli olaraq dəyərlərimizə sığmır ki bir qadını təhvil verək… BƏƏ media vasitəsilə Qətərə edilən hücumun dayandırılması üçün qadının verilməsini şərt kəsdi. Amma əmir qadının verilməsini rədd etdi” deyə Qətər rəsmisi körfəz ölkələri arasındakı gərginliyin əsas səbəblərindən birini açıqlayıb.


Xatırladaq ki Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir ötən ilin aprelindən başlayaraq Qətərə qarşı siyasi-iqtisadi sanksiyalar tətbiq edirlər. Əlaqələrin normallaşması üçün Səudiyyə və komandası 13 şərt irəli sürüb. Qətər bu şərtləri onun müstəqilliyi və suverenliyinə zərbə vurmaq kimi qiymətləndirir. Bu şərtlərin başında ərəb dünyasında siyasi islamı dəstəkləməmək, terroru dəstəkləməmək, Əlcəzirə telekanalının siyasətini dəyişmək və sair tələblər durur.


Məhəmməd bin Abdurrahman: “Hər nə oldusa bir qadına görə oldu”

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Londonda sürücü maşınını məscidin yanındakı adamların üzərinə sürdü
    Yerli polis insidentlə bağlı məlumat verib.
     19.09.2018
    Valideynlər övladlarını məktəblərə qoya bilmir - ŞİKAYƏT
    Yeni tədris ili başlasa da, bəzi valideynlər övladlarını təhsil müəssisələrinə yerləşdirə bilmirlər.
     19.09.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ