1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MƏDƏNİYYƏT

Kateqoriya : XƏBƏRLƏR

MƏDƏNİYYƏT

Yayınlanma tarixi:10.12.2018 17:51:27

O bildirib ki, təmsil etdiyi teatr F.Manafovla bağlı Mədəniyyət Nazirliyindən tapşırıq alıb.

“Mədəniyyət Nazirliyinin xalq artisti Fəxrəddin Manafovla bağlı qərarı olacaq”.

Bunu “Report”a açıqlamasında Azərbaycan Dövlət Rus Dram Teatrının direktoru Ədalət Hacıyev deyib.

O bildirib ki, təmsil etdiyi teatr F.Manafovla bağlı Mədəniyyət Nazirliyindən tapşırıq alıb.

Direktorun sözlərinə görə, Rus Dram Teatrının rəhbərliyi verilən tapşırıqla əlaqədar artıq Nazirliyə məruzə edib: “İndi Nazirliyin öz qərarı olacaq. Bir şey deyə bilərəm ki, Fəxrəddin Manafovu narahat etmək, sənətkara toxunmaq lazım deyil. Bu söhbətlər onu əsəbləşdirir. Niyə biz onu əsəbləşdirməliyik? Onu əsəbləşdirmək olmaz. Vaxt keçməlidir, hər şey 2 dəqiqəyə həll olunmur”.

Qeyd edək ki, tanınmış kino və teatr aktyoru, Azərbaycan mədəniyyətinin, incəsənətinin görkəmli simalarından biri olan xalq artisti Fəxrəddin Manafov çalışdığı Rus Dram Teatrından işdən çıxıb.

Mədəniyyət Nazirliyinin rəhbərliyi F.Manafovun mətbuatda yayılan bəyanatı ilə tanış olduqdan sonra dərhal məsələnin araşdırılması ilə bağlı göstəriş verib. Nazirlik aktyorun səhnə yaradıcılığı üçün zəruri şəraitlə təmin olunması, onu narahat edən məsələlərin aradan qaldırılması və teatrda fəaliyyətini davam etdirməsini təmin etmək barədə Rus Dram Teatrının rəhbərliyinə ciddi tapşırıq verib. Nazrilkdən bildirilib ki, məsələ nazirliyin rəhbərliyinin diqqət və nəzarətindədir.


Mədəniyyət Nazirliyi xalq artisti Fəxrəddin Manafovla bağlı qərar verəcək

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Rəsmi İrəvan Elmar Məmmədyarovu təkzib edir
    O həmçinin, Ermənistan və Azərbaycan xarici işlər nazirllərinin növbəti görüşünün Vaşinqtonda keçiriləcəyi ilə bağlı Elmar Məmmədyarovun bu gün dediklərini də təsdiq və ya təkzib etməyib.
     19.04.2019
    Əfqanıstanda fəlakət: 500-dən çox ölü və yaralı
    Əfqanıstanda təbii fəlakət böyük ziyan və itkilərə səbəb olub.
     19.04.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ