EURO 1,9424 NEFT 62,11
USD 1,7 RUB 0,0256
  1. http://www.islamazeri.com/
  2. MƏQALƏ

Kateqoriya : MƏQALƏ

Yayınlanma tarixi:16.01.2018 09:50:04

Son günlər dini cameəni təlatümə gətirən hadisə bir çox xoşagəlməz hallara yol açdı

İş hətta aşkar təhqirlərə qədər gedib çıxdı. Nə qədər qəribə və acınacaqlı görünsə də, cümə namazlarında bir səfdə duran, Məhərrəmlik məclislərinə eyni şövqlə qatılan şəxslər ani düşmənə çevrildilər. Səbəb isə bir məddahın ifası idi. Bu ifa da nifaq toxumu rolunu oynadı və oynamaqda da davam edir, proses dərinləşir. Biz də məsələ ilə bağlı 1-2 kəlmə söyləmək istərdik.

Birincisi, qeyd edək ki, insanı Allaha yaxınlaşdıran, bu yaxınlaşdırmaya töhfə verən musiqi haram deyil. Bunu alimlər də təsdiqləyir.

İkincisi, belə müzakirələr bir daha sübuta yetirdi ki, məddahlarımız, rövzə deyənlərimiz artıq günümüzün reallıqları ilə ayaqlaşmır.

Üçüncüsü, çox təəssüf ki, dini cameəmizdə nəzəriyyə ilə praktika arasında çox dərin uçurum yaranıb. Dindar sevə-sevə, şövqlə, hətta gözü nəmli halda məsumdan “ən yaxşı dostum nöqsanımı mənə hədiyyə edəndir” hədisini dəfələrlə müxtəlif məclislərdə nəql edə bilər. Gəl ki, real həyatda ona kiçik irad bildirən dindaşını az qalır fiziki mənada məhv etsin.

Dördüncüsü, bəlkə də ən acınacaqlısı budur ki, müzakirələr (daha doğrusu mübahisələr) zamanı kənar müşahidəçidə belə bir təsəvvür yaranırdı: insanı danışdıran xisləti və düşüncəsi deyil, təəssübü və qərəzidir. “Bizimkidirsə” – müdafiə etməlisən, “səngərin o tayındadırsa” – baltala getsin!

Və nəhayət, son Məhərrəmlikdə saytımızda dərc edilən bir yazıdan bəzi məqamları xatırlatmaq istərdik: “...Sadəcə olaraq bu rövzə məclislərini quranda, rövzə repertuarı seçəndə nəzərə almaq lazımdır ki, auditoriya nə 19, nə 20, hətta 21-ci əsrin əvvəlinin də auditoriyası deyil. Camaatı ağlatmaq naminə söylənilən nağıllar artıq effektiv deyil. Vaizi dinləyib rövzədən boyun qaçırmaq onu göstərir ki, dindarlarımız daha çox tarixi faktlara söykənən, real hadisələri daha dəqiq əks etdirən məlumatlara rəğbət bəsləyirlər, nəinki əfsanə və nağıllara.

Bəs neyləyək? Rövzə və mərsiyələri ləğv edək? Qətiyyən! Əlbəttə ki, yox! Artıq qeyd etdik ki, Aşuranı yaşadan amillərdən biri də elə onlardır. Bəs nə? Bu barədə düşünməyinə dəyər. Hər halda ustadlar, dəyərli ilahiyyatçılarımız bu suala daha yaxşı cavab verərlər. Biz isə belə bir variant təklif edərdik: rövzə və mərsiyələrin seçimində daha diqqətli olmaq, artistlik edib səsi titrədərək özünü guya qəmgin və məyus göstərməkdən uzaq durmaq (bir zamanlar bu keçərli olub bəlkə də, amma indi bu qeyri-səmimiyyət təsiri bağışlayır), mətnlərdə imkan dairəsində daha çox müasir Azərbaycan sözlərindən istifadə etmək...” (Rövzə məclisləri: hər şey olduğu kimi qalsın?)

Fikrimizcə, orda qabardılan problemlər hələ uzun müddət aktuallığını itirməyəcək. Bu inamımıza isə elə son hadisələr ən gözəl sübutdur.

 

Vüsal Əliyev

İslam.az


“Məddah döyüşü”: biz nə gündəyik?

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Girdiman qalası ilə dəyişik salınan Niyalqala - Azərbaycanda ən qədim istehkamlardan biri (FOTO)
    Hər halda Azərbaycan ərazisində, xüsusilə Abşeronda bir çox qalalar inşa olunarkən daş hasarlarla əhatələnirdi.
     10.12.2018
    Paşinyan seçkilərdə qalib gəldi
    Ermənistanda keçirilən parlament seçkilərinin ilkin nəticələri açıqlanıb.
     10.12.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ