1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:12.09.2019 12:00:22

İrlandiya Protestant Kilsəsinin dini lideri bu yaxınlardan törədilmiş silsilə islamofob hücumlarla bağlı ölkənin müsəlman icmasına öz rəğbət və dəstəyini ifadə edib

İslamazeri.com­-un RTE-yə istinadən verdiyi xəbərə əsasən, İrlandiya Protestant Kilsəsinin dini lideri Maykl Cekson bu yaxınlardan törədilmiş silsilə islamofob hücumlarla bağlı ölkənin müsəlman icmasına öz rəğbət və dəstəyini ifadə edib.

Paytaxt Dublinin Baş yepiskopu qeyd edib ki, müsəlman liderlərinin son ayda müsəlmanlara edilmiş hücumlarla bağlı narahatlığı ilə həmrəydir.

M.Cekson Dublin müsəlmanlarına ünvanladığı açıq məktubda bütün irlandiyalıları qərəz, irqçilik və islamofobiyaya qarşı olmağa səsləyib.

"İrlandiya kilsəsinin adından mən nifrət aktları nəticəsində travma və yara almış bütün şəxslərin dərdinə şərik  və onlarla həmrəy olduğumuzu ifadə etmək istəyirəm", - o deyib.

Xatırladaq ki, bu ay Dublin şəhərinin yaxınlığında gənclərdən ibarət dəstə günün günorta çağındaca küçədə 14 yaşlı müsəlman qızın hicabını açıblar.


Maykl Cekson müsəlmanları dəstəklədi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Məzahir Pənahovla Gülağa Aslanlı arasında gərginlik
    Müzakirə əsnasında G. Aslanlı ilə MSK sədri Məzahir Pənahov arasında gərginlik yaşanıb.
     20.01.2020
    Yanacadoldurma məntəqəsinə məxsus pulu mənimsəyən şəxslər saxlanıldı - FOTO
    Tovuzda yanacadoldurma məntəqəsinə məxsus pulu mənimsəyən şəxslər saxlanılıb.
     20.01.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ