EURO 1,9142 TRY 0,3019
USD 1,7 RUB 0,0271
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:27.06.2019 10:01:34

ABŞ dövlət katibi Mayk Pompeo iki ölkə arasında ticarət və digər məsələlərə dair fikir ayrılıqlarının dostluq zəminində aradan qaldırılacağına dair nikbinliyini dilə gətirib.

Hindistanla əməkdaşlığın genişləndirilməsinə çağıran ABŞ dövlət katibi Mayk Pompeo iki ölkə arasında ticarət və digər məsələlərə dair fikir ayrılıqlarının dostluq zəminində aradan qaldırılacağına dair nikbinliyini dilə gətirib.

Hindistanlı həmkarı S.Caişankar və baş nazir Narendra Modil ilə görüşən Pompeo Dehliyə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmrlikləri və Əfqanıstana səfərindən sonra gedib. 

Modinin yenidən baş nazir seçilməsindən sonra iki ölkə arasındakı bu ilk yüksək səviyyəli görüş Hindistanın Rusiyadan silah alışı və tariflərə görə gərginliklərin artdığı vaxta təsadüf edib.

Hindistanın xarici işlər naziri deyib ki, kiminləsə ticarət aparırsansa, ticarət məsələlərinin olmaması qeyri-mümkündür.

Eyni zamanda Pompeo artmqda olan iqtisadi problemlərin həllinin mühümlüyünü vurğulayıb.

"ABŞ daha böyük bazarlara çıxış əldə etmək, ticarət manelərinin aradan qaldırılmasını istəyir” - deyə, ABŞ dövlət katibi bildirib.

Vaşinqton bu ay bəzi Hindistan mallarının vergilərdən azad edilməsini ləğv edib. Hindistan isə öz növbəsində 29 ABŞ malınına yüksək tariflər tətbiq edib.

ABŞ bundan əlavə Amerikanın onlayn satış xidməti də daxil edilməklə, xarici şirkətlərə daha sərt qaydalar tətbiq edilməsindən narahatdır.

ABŞ prezidenti Donald Tramp bu həftə sonu Yaponiyada keçiriləcək Böyük 20-liyin sammitində Modi ilə görüşməlidir.

Ölkə rəsmilərinin Hindistanın Rusiyadan S-400 havadan müdafiə sistemi almaq planlarını müzakirə edəcəyi gözlənir.(voa)


Mayk Pompeo Hindistandadır

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Qaraçı qızı polisə hər şeyi ETİRAF ETDİ - VİDEO
    Hər gün yolların kənarında görməyə adət etdiyimiz qaraçılar polis əməkdaşlarının davamlı tədbirlərinə baxmayaraq, yenə də küçələrdən yığışmırlar.
     20.07.2019
    Ailəsi sevdiyi qıza elçi getmədiyi üçün özünü öldürdü - Mahirin intiharının təfərrüatı (FOTOLAR)
    Xaçmaz rayonunun Nərəcan kəndində üç gün öncə baş verən intihar hadisəsinin təfərrüatı üzə çıxıb.
     20.07.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ