EURO 1,8752 TRY 0,2883
USD 1,7 RUB 0,0265
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HADİSƏ

Kateqoriya : XƏBƏRLƏR

HADİSƏ

Yayınlanma tarixi:20.09.2019 09:53:24

Bakı şəhərinin Maştağa qəsəbəsində ağır yol qəzası baş verib.

Bakı şəhərinin Maştağa qəsəbəsində ağır yol qəzası baş verib.

Trend-in məlumatına görə, qəsəbənin Kirov dairəsi adlanan ərazisində "VAZ 2106" markalı avtomobil ilə "Mercedes" markalı avtomobil toqquşub. Nəticədə "VAZ 2106" markalı avtomobilin sürücüsü 75 yaşlı Fəttahov Hidayət Seyidmiri oğlu hadisə yerində ölüb.

Qəza nəticəsində 1948-ci il təvəllüdlü Fəttahova Ətiyyə Nuhbala qızı və "Mercedes" markalı avtomobilin sürücüsü 39 yaşlı Həsənov Rafiq Tolik oğlu ağır yaralanıb.

Yaralılar təcili olaraq 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.

 Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, Ə.Fəttahovaya sağ baldırın kəsilmiş yarası diaqnozu, R.Həsənova isə qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sağ bazu sümüyünün əzilməsi diaqnozu qoyulub. Vəziyyətləri ağırdır.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.


Maştağada ağır yol qəzası - Ölən var

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Vəhabi terrorçular
    Suriyada "Əl Qaidə"yə bağlı terror qruplaşması kürd partiyasının sədri olan qadına hücum edərək yolun ortasında onu güllələyiblər
     14.10.2019
    Nursultan Nazarbayev Azərbaycana gəlib
    Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəxri sədri Nursultan Nazarbayev Azərbaycana gəlib
     14.10.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ