Mart ayının pensiyaları ödənilib

Mart ayının pensiyaları ödənilib
Yayınlanma tarixi: 7.03.2023 11:29:43

Bu barədə ƏƏSMN-dən məlumat verilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə mart ayının pensiyaları ödənilib.

İslamazeri.com xəbər verir ki, bu barədə ƏƏSMN-dən məlumat verilib.

Bildirilib ki, vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Yaxın günlərdə respublikanın digər bölgələri üzrə pensiyalar, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da ödəniləcək.

GÜNÜN MANŞETLERİ