Təcili

Məlumat

  1. http://www.islamazeri.org/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:12.05.2022 14:16:40

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunun Axlı Lələ kənd sakinləri məscid tikintisinə icazənin verilməməsi səbəbi ilə etiraz aksiyası keçiriblər.

İslamazeri.com APA-ya istinadən xəbər verir ki, sakinlər bir ildən çoxdur ki, kənddə məscidin tikintisinin qarşısının alınması məqsədilə süni əngəllərin yaradıldığını bildiriblər.

Aksiyaya Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov və idarənin digər əməkdaşları da dəvət olunublar. Hacı Ramin İgidov sakinlərlə görüşü zamanı qeyd edib ki, bu günədək istər Marneuli meriyası, istərsə də digər aidiyyəti orqanlara dəfələrlə şifahi və yazılı şəkildə müraciət edilərək məscidin tikintisi üçün icazə istənilib, lakin bir sıra süni problemlər əsas gətirilərək tikinti işləri dayandırılıb.

O əlavə edib ki, Gürcüstan Müsəlmanları İdarəsinin sonuncu məktubuna Marneuli meriyasından verilən cavabda bildirilib ki, tikinti aparılan ərazisi kənd təsərrüfatı təyinatlıdır və məscidin tikilməsi üçün əvvəlcə ərazinin təyinatı dəyişdirilməlidir.

Hacı Ramin İgidov bu tələbin yerinə yetirilməsindən sonra başqa maneələr çıxarılmayacağına ümidvar olduğunu qeyd edib.


Marneulidə məscid tikintisinə icazə verilmədiyi üçün aksiya keçirilib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Meymunçiçəyinin sağalma müddəti və müalicədə istifadə olunan dərmanlar açıqlanıb
    Meymunçiçəyi xəstəliyinin müalicəsində istifadə olunan dərman vasitələri və virusun müalicə müddəti açıqlanıb.
     1.07.2022
    Baş nazir Əli Əsədov İordaniya Senatının sədri ilə görüşüb
    Azərbaycanın Baş naziri Əli Əsədov İordaniya Krallığı Senatının sədri Faysal Al Fayez ilə görüşüb.
     1.07.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ