1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:20.08.2020 19:35:55

Ötən gün 19 avqust Marneuli rayonunda "Aktual Media"nın nəzdində fəaliyyət göstərən Aktual.ge xəbər portalının ofisinin təntənəli açılış mərasimi baş tutub

 İslamazeri.com xəbər verir ki, saat 19:00-da başlayan açılış mərasiminə Marneuli merinin müşaviri Adil Əliyev, Parlamentin sabiq üzvü Ramin Bayramov, "Avropalı Gürcüstan" partiyasının Marneuli qərargahının sədri Əhməd İmamquliyev, "Vahid Milli Hərəkat" partiyasının Marneuli qərargahının sədri Aqil Mustafayev, "Lelo" partiyasının Marneuli qərargahının sədri Murad Muradov, "Yeni Gürcüstan" partiyasının Marneuli qərargahının sədri Fuad Qəhrəmanov və həmin partiyanın Dmanisi qərargahının sədri Namiq Bayramov, Borçalı İrəli İctimai Birliyinin sədri Məhəbbət İmanov, Marneuli bələdiyyə məclisinin üzvü Rövşən İskəndərov, Ümümi Gürcüstan Müsəlmanlarının Ali Dini İdarəsi sədri və şeyxi Mirtəqi Əsədov, Marneuli imamcümələrindən biri Hacı Hacıyev, QHT rəhbərləri - üzvləri, siyasi və ictimai fəalllar, gənclər və jurnalistlər qatılıb. Marneuli rayonunda ofisin açılış çıxışını edən "Aktual Media"nın baş direktoru İlkin Hüseynov, qonaqlara öz təşəkürünü bildirərək, ifadə edib ki, bu gün sadəcə ofisimizin açılışıdır önümüzdəki aylarda isə həmçinin təqdimatımız baş tutacaq.

O deyib ki, öz imkanlarımızla yaratdığımız Aktual.ge xəbər portalı qısa bir vaxtda ölkədə yayınladığı xəbərlərlə gündəm yaratmaqa, artıq qadirdir. Ardından Marneuli imamcümələrindən biri Hacı Hacıyev, saytın açılmasından böyük məmnuniyyət duyduğunu ifadə edib: "Əminəm ki, Aktual.ge xəbər saytı ölkəmizə və xalqımıza layiqli xidmətlər edəcək".

Daha sonra isə alqışlar sədasında qırmızı lent kəsilərək Aktual.ge xəbər portalının ofisinin açılışı gerçəkləşib. Sonda isə qatılımcılar üçün furşet süfrəsi açılıb.

İslamazeri.com qonşu ölkədə fəaliyyətə başlamış aktual.ge-yə uğurlar və müvəffəqiyyətlər arzu edir.


Marneulidə Aktual.ge xəbər portalının ofisinin açılışı olub

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Dəniz quldurları Türk gəmisinə hücum edərkən bir azərbaycanlı öldürülüb - TƏFƏRRÜAT
    Nigeriya sahillərində dəniz quldurları tərəfindən Türkiyə gəmisinə basqın edilib, bir azərbaycanlı öldürülüb.
     24.01.2021
    Gürcüstanda ticarət mərkəzləri 1 fevraldan açılır
    Gürcüstanda bazarların açılması ilə bağlı gündəmdə olan məsələ məlum olub
     23.01.2021

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ