EURO 1,9267 NEFT 67,11
USD 1,7 RUB 0,0258
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SOSİAL

Kateqoriya : XƏBƏRLƏR

SOSİAL

Yayınlanma tarixi:04.07.2018 16:12:47

İki gündür ölkə ərazisində enerji böhranı yaşanır. Mingəçevir SES-də baş verən qəza nəticəsində respublikanın böyük hissəsinə elektrik enerjisinin verilişində məhdudiyyətlər yaranıb. Elektrik enerjisində yaranan problemlər digər sahələrə də siraət edir.

İki gündür ölkə ərazisində enerji böhranı yaşanır. Mingəçevir SES-də baş verən qəza nəticəsində respublikanın böyük hissəsinə elektrik enerjisinin verilişində məhdudiyyətlər yaranıb. Elektrik enerjisində yaranan problemlər digər sahələrə də siraət edir.

“Bakı Metropoliteni” və digər qurumlar vəziyyətdən çıxış yolunu axtararkən ölkənin bu acınacaqlı durumundan bəhrələnmək istəyən şirkətlər də gözə çarpdı. Belə ki, dünən gecə Bakıda ciddi su problemi var idi. İnsanlar su tapmaq üçün marketlərə axışırdı. Yaxınlıqda yerləşən “Araz” supermarketinə üz tutduqda isə gördüklərimiz qarşısında şoka düşdük. Məsələ burasındadır ki, işçilər marketdə suların üstündəki qiymətləri dəyişirdilər. Marketdən bildirdilər ki, qiymətin dəyişilməsində onların rolu yoxdur. Guya qiymətləri bu suları marketlərə gətirən şirkətlər dəyişir.

Lakin bildiyimiz dəqiq bir şey var ki, dünən axşam su həmişə satılan qiymətindən iki dəfə baha satılırdı. “Sirab”, “Badamlı”, “BonAqua” 5 litrlik sularının qiyməti 1-3 manat arası bahalaşmışdı. Türkiyənin məşhur su markaları isə qiyməti fantastik həddə çatdırmışdılar. Ən maraqlısı isə odur ki, gecə saat 11-dən sonra “Araz” supermarketi ilə yanaşı bir çox marketlərdə suların üzərindəki qiymətlər götürüldü. Dəhşətli mənzərə idi. Su üstündə əsl savaş gedirdi. Qiymətləri bilməyənlər isə əlinə keçən suları götürüb kassaya yaxınlaşır və şoka düşürdülər.

Bu gün səhər yenidən “Araz” super-marketinə baş çəkdik. Marketdə yalnız “Cihan” suları var idi. 5 litrlik suyun qiymətisə 9 manat 40 qəpiyə bərabərdi. Bu isə açıq-aşkar insanları su ilə sınağa çəkməkdi.

“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı ötən gün su anbarlarında və su təmizləyici qurğuların fəaliyyətində gərginliyin tam bərpa olunduğunu dedi. Lakin bu açıqlamanın üstündən 24 saat keçməsinə baxmayaraq, hələ də su verilmir.

Sosial şəbəkə istifadəçiləri də baş verən vəziyyətdən sui-istifadə edənləri qınayırlar. Ancaq dəyişən heç nə yoxdur. Bəzi şirkətlər yenə çətinlikdə pul qazanmaq eşqindən əl çəkməyiblər. ("Yeni Çağ")


Marketlər suyun qiymətini süni şəkildə kəskin artırdı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Stoltenberq: Avropa ordusu NATO-ya alternativ ola bilməz
    NATO Baş katibi Yens Stoltenberq Avropa Birliyinin (AB) öz ordusunu qurmaq istəməsinə dair "Avropa ordusu NATO-ya alternativ ola bilməz",- deyib.
     16.11.2018
    Avropa Birliyi: PKK terror siyahısında qalacaq
    Avropa Ədalət Divanı PKK-nın Avropa Birliyinin (AB) terror təşkilatları siyahısında qalmasına qərar verib.
     16.11.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ