EURO 1,8701 TRY 0,2948
USD 1,7 RUB 0,0264
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İQTİSADİYYAT

Kateqoriya : XƏBƏRLƏR

İQTİSADİYYAT

Yayınlanma tarixi:10.01.2019 00:29:46

Valyutaya tələbat artıb, idxal çoxalıb, xarici ticarətdə müsbət saldo azalıb.

"Valyutaya tələbat artıb, idxal çoxalıb, xarici ticarətdə müsbət saldo azalıb. Ötən il valyuta satışı əvvəlki ildən 54,9 faiz, idxal isə 32,2 faiz çox olub”.

Azxeber.com xəbər verir ki, bu barədə iqtisadçı ekspert Qubad İbadoğlu bildirib.

Ekspertin sözlərinə görə, 2018-ci ildə idxal 2013-cü ildən sonra ən yüksək səviyyədə qeydə alınıb: "Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən 2018-ci ilin dekabr ayı ərzində 677,1 milyon ABŞ dolları məbləğində vəsait satılıb. Beləliklə də bu il ərzində ARDNF tərəfindən satılan valyuta vəsaitinin həcmi 5 milyard 576 milyon dollara çatıb ki, bu da 2017-ci il üzrə cəmi valyuta satışından 54,9 faiz çoxdur. Hesablamalar göstərir ki, ARDNF bu ilin 7 ayında ötən ildəki qədər valyuta satıb”.

O, bildirib ki, bu il ərzində ARDNF-nin orta aylıq satışı 464,6 mln ABŞ dolları olub: "Ötən il üzrə orta aylıq valyuta satışı göstəricisi 299,8 milyon ABŞ dolları olub. Göründüyü kimi bu il üzrə orta aylıq valyuta satışı göstəricisi ötən ilkindən 54,9 faiz çoxdur”.

Q. İbadoğlu qeyd edib ki, rəsmi statistikaya görə, bu ilin 11 ayında idxalın həcmi 10295,5 milyon dollar olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 32,2 faiz çoxdur: "Ötən ilki idxal əməliyyatı 2013-cü ildən sonra ən yüksək səviyyədə qeydə alınıb. Beləliklə də, 2018-ci ildə idxalın artması nəticəsində xarici ticarətdə müsbət saldo azalıb. Şübhəsiz ki, ötən ilin dekabr ayında dünya bazarında neft qiymətlərinin ucuzlaşması ixracatı və ilin sonunda idxalın artımı xarici ticarətdə müsbət saldonun daha da azalmasına gətirib çıxaracaq.

Göründüyü kimi ötən il manata təzyiqi artıb və bu ilin start vəziyyəti əvvəlki ildəkindən fərqlidir. Odur ki, bu il xüsusilə də neftin dünya bazar qiymətlərinin ucuzlaşacağı halda manatın sabitliyinə risklər çoxalacaq”.

Daha geniş məlumatlar cədvəldə təqdim olunub:


Manatın taleyi ilə bağlı daha bir PROQNOZ

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Vilayət Eyvazov baş leytenantı rəis təyin etdi
    Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Qazax rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinə yeni rəis təyin edilib.
     14.11.2019
    Bakıda ictimai asayişi pozan şəxsləri vətəndaşlar belə döydü - YENİ VİDEO
    Noyabrın 12-də Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yolu bağlayaraq qadınları təhqir edən şəxsin yeni görüntüləri yayılıb.
     14.11.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ