EURO 2,0949 NEFT 64,8
USD 1,7001 RUB 0,03
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. YAXIN ŞƏRQ

Kateqoriya : XƏBƏRLƏR

YAXIN ŞƏRQ

Yayınlanma tarixi:07.02.2018 17:22:41

Ramllahda keçirilən “Qüds - İslam Dünyası Gənclər Paytaxtı” proqramının təntənəli açılış mərasimində Fələstin Prezidenti Mahmud Abbas İƏT Gənclər Forumu sədri səfir Elşad İskəndərovu Fələstinin ali dovlət nişanı olan Qüds Ulduzu Ordeni ilə təltif edib.

İslamazeri.com xəbər verir ki, bu gün Fələstin administrasiyasının paytaxtı Ramllahda keçirilən “Qüds - İslam Dünyası Gənclər Paytaxtı” proqramının təntənəli açılış mərasimində Fələstin Prezidenti Mahmud Abbas İƏT Gənclər Forumu sədri səfir Elşad İskəndərovu Fələstinin ali dovlət nişanı olan Qüds Ulduzu Ordeni ilə təltif edib.

Mahmud Abbas müsəlmanların ilk qibləsi olan Qüdsün adına verilən ordenin Elşad İskəndərova Qüdsün beynəlxalq statusunun qorunması və “Qüds – İslam Dünyası Gənclər Paytaxtı” proqramının müxtəlif çətinliklərə rəğmən həyata keçirilməsində xidmətilərinə görə təltif edildyini vurğulayıb.

Təltifetmə mərasimi zamanı Mahmud Abbasa təşəkkür edən Elşad İskəndərov bu qiymətin Azərbaycan dövlətinin təşəbbüsü ilə yaranan və Azərbaycan Prezidenti Ilham Əliyevin İslam həmrəyliyinin gücləndirilməsi kursuna uyğun həyata keçirilən beynəlxalq fəaliyyətdə İƏT Gənclər Forumunun bütün əməkdaşlarının zəhmətlərinə verilən yüksək qiymət kimi dəyərləndirdi; o, qurumun bundan sonra da İƏT ölkələri gənclərinin inkişafı və həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində aktiv fəaliyyət göstərmək əzmində olduğunu önə çəkib.

Qeyd edək ki, Qüds Ulduzu Ordeni Fələstin Dövlətinin ali dövlət nişanlarından biridir, Fələstinin azadlığı və Qüdsün statusunun müdafiəsində ali xidmətlər göstərmiş xarici dövlət və ictimai xadimlərinə təqdim olunur.

“İslam Dünyası Gənclər Paytaxtı” beynəlxalq proqramı – İƏT Gənclər Forumunun təşəbbüsü ilə 2016-cı ildən həyata keçirilir. 2016-cı ildə İstanbul, 2017-də Mərakeşin Fəs, İranın Şiraz, Malayziyanın Putracaya şəhərəri İslam Dünyası Gənclər Paytaxtı olmuş, bu şəhərlərin hər birində müxtəlif ölkələrdən olan gənclər hərəkatları, gənclər təşkilatlarının minlərlə nümayəndəsinin iştirakı ilə elmi, sosial və mədəni sahələrdə 20-dən artıq tədbir həyata keçirilmişdir.


Mahmud Abbas Elşad İskəndərovu "Qüds Ulduzu Ordeni" ilə təltif etdi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycan nefti ucuzlaşıb
    "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,60 dollar və yaxud 0,90% azalıb.
     21.02.2018
    Cəlilabadda keçirilən
    İslamazeri.com saytının "Sosial Şəbəkə" rubrikası xəbər verir ki, Azərbaycanın bütün guşələrində olduğu kimi, əhlibeytsevər Cəlilabadda da Xanım Fatimeyi Zəhranın (s.ə) şəhadət günləri keçirilir. Dünən mərasimə ölkənin tanınmış ruhanisi, ilahiyyatçı alim Hacı Fariz Xammədli, Quran qarisi İlkin Həsənzadə və Əhlibeyt məddahı Hacı Möhübbət qatılıblar.
     20.02.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ