EURO 1,8856 TRY 0,3045
USD 1,7 RUB 0,0256
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İDMAN

Kateqoriya : XƏBƏRLƏR

İDMAN

Yayınlanma tarixi:04.02.2019 20:55:27

Qısa zamanda sosial şəbəkələrdə yayılan video, istifadəçilərin sərt tənqidinə səbəb olub.

Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində “Qarabağ” - “Neftçi” oyununda maraqlı hadisə baş verib.

Oxu.Az xəbər verir ki, Ağdam təmsilçisinin hücumlarından birində “Neftçi”nin seneqallı futbolçusu Mamadu Mboc “Qarabağ”ın hücumçusu Mahir Mədətova əlini uzadıb, lakin sonuncu afrikalının əlini sıxmayıb.

Qısa zamanda sosial şəbəkələrdə yayılan video, istifadəçilərin sərt tənqidinə səbəb olub.

Sonradan Mahir Mədətov “Instagram”da 25 yaşlı seneqallıdan yaranmış vəziyyətə görə üzr istəyib:

“Həmin epizodda sənin əl uzatdığını görmədim. Üzr istəyirəm. Ümid edirəm ki, aramızda hər şey yaxşı olar. Mən irqçi deyiləm. Bilirsən ki, bu, bir oyundur. Sənə uğurlar arzulayıram”.

Mamadu Mboc Mahir Mədətovun mesajını cavabsız qoymayıb.

“Sənin irqçi olmadığını bilirəm. Narahat olma, bu, sadəcə, oyundur və bunların baş verməsi normaldır”.

 

 

Qeyd edək ki, ötən gün keçirilən “Qarabağ” - “Neftçi” matçı 1:1 hesablı bərabərliklə başa çatıb.

Ağdam təmsilçisinin heyətində Dani Kintana hesabı açıb. “Neftçi” isə mərkəz müdafiəçisi Mamadu Mbocla oyunda tarazlığı bərpa edib.

15 turdan sonra turnir cədvəlinə 34 xalla “Neftçi” başçılıq edir. “Qarabağ” 31 xalla ikincidir.


Mahir Mədətov futbolçunun əlini sıxmadı - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycanda axtarışda olan şəxs Moldovada saxlanılıb
    Azərbaycanda axtarışda olan şəxs xarici ölkədə tutulub.
     19.08.2019
    Tramp öz tərəfdarını təhqir etdi
    ABŞ prezidenti öz tərəfdarını təhqir edib.
     19.08.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ