1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:12.10.2019 12:32:49

Venesuella prezidenti Nikolas Maduronun bu ayın sonlarında Qoşulmama Hərəkatının sammitində iştirak etmək üçün Bakıya səfər edəcəyi gözlənilir

İslamazeri.com xəbər verir ki, Venesuella prezidenti Nikolas Maduronun bu ayın sonlarında Qoşulmama Hərəkatının sammitində iştirak etmək üçün Bakıya səfər edəcəyi gözlənilir.

ABŞ tərəfi isə bu səfərdən, xüsusilə ona göstəriləcək diplomatik ilgidən narahatdır.

"Maduronun Azərbaycanda qəbul edilməsi ABŞ-ın tənqidinə səbəb olacaq?", - bu sualı  Turan-ın müxbiri ABŞ dövlət katibinin köməkçisinin müavini Rocer Karstensə ünvanlayıb.

O  sualın cavabında "Əlbəttə, biz insanların söhbətin Madurodan getdiyini və onunla münasibət qurmağın nəticələri ola biləcəyini bilməsini istəyirik", -deyə bildirib.

"Maduronun Bakıda qəbul edilməsi Kuba, Rusiya və ya Çin tərəfindən Venesuela rejiminə dəstək verməklə eyni şeydir", deyə o əlavə edib.

Sonda Karstens rəsmi Bakıya Maduroya hörmət göstərməzdən əvvəl BMT ali komissarı Mişel Baçeletin 4 iyul tarixli məruzəsi ilə tanış olmağı tövsiyə edib.

Gələn həftə BMT Baş Assambleyası 47 ölkədən ibarət olan İnsan Hüquqları Şurasının 14 yeni üzvünü seçəcək. Venesuelanın Nikolay Maduro hökuməti də üç illik müddət üçün namizədliyini irəli sürüb, Vaşinqton buna qarşı bütün güclərini səfərbər edib.


Maduronun Azərbaycana gözlənilən səfərinə ABŞ-dan təhdidli etiraz

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Gürcüstanın builki yanacaq idxalının 14%-i Azərbaycanın payına düşüb
    Bu ilin yanvar-oktyabr aylarında Gürcüstan 890,9 min ton benzin və dizel yanacağı idxal edib.
     18.11.2019
    Yarımçıq qalan arzular: şəhid Zahid Hüseynov
    Salyan bölgəsində Seydan kəndində Azərbaycan torpaqları azdlığı uğrunda şəhid olan Hüseynov Zahid Rabil oğlunun şərəfinə, xatirəsini əbədiləşdirmək üçün büst ucaldı
     18.11.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ