1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. KRİMİNAL

Kateqoriya : XƏBƏRLƏR

KRİMİNAL

Yayınlanma tarixi:09.10.2018 10:53:18

Türkiyədə yaşayan "qanuni oğru" Nadir Səlifov ("Lotu Quli”) İstanbulda saxlanılıb.

Türkiyədə yaşayan "qanuni oğru" Nadir Səlifov ("Lotu Quli”) İstanbulda saxlanılıb.

İslamazeri.com "Qafqazinfo”ya istinadən xəbər verir ki, İstanbul Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları keçirdikləri əməliyyat nəticəsində kriminal aləmin üzvünü yaxalayaraq onu müvəqqəti təcridxanaya gətiriblər.

"Loti Quli” Türkiyədən Rusiyaya etdiyi tele-konfranslar vasitəsilə xərac toplamaqda ittiham olunur. Onun əsasən rusiyalı iş adamlarından vəsait topladığı bildirilir.

Qeyd olunur ki, Rusiyanın "Rambler. ru” saytında "Türkiyədəki oğru Rusiyadan xərac yığır” başlıqlı xəbərdən sonra İstanbul polisi hərəkətə keçib. "Lotu Quli”nin yaşadığı ünvan müəyyən edilərək evinə polis basqını təşkil olunub.

Hazırda "Lotu Quli” İstanbul Polis İdarəsində dindirilir.

"Lotu Quli" ləqəbli Nadir Səlifovun İstanbulda ötən axşam saxlanılması ilə bağlı başqa detallar da məlum olur.

İslamazeri.com Milli.Az-a istinadən xəbər verir ki, Qulinin Azərbaycan və Rusiyada adının bir çox cinayət işində hallanır, eləcə də 2016-cı ilin avqust ayında Beşiktaşda Rövşən Lənkəranskinin (Caniyev) öldürülməsi hadisəsində sifarişçi olmaqda təqsirləndirilir.

Azərbaycan hökumətinin barəsində həbs qərarı verildiyi bildirilən Səlifov İstanbulda yaşadığı ünvana təşkil edilən əməliyyat zamanı saxlanılıb.

Lotu Qulinin istintaqı yekunlaşdıqdan sonra Azərbaycana ekstradisiya ediləcəyi deyilir.


“Lotu Quli”nin həbs olunmasının səbəbi bilindi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Fələstinli Səfir: Fələstinin Tehrandakı əsl nümayəndəsi Ayətullah Xameneidir
    Zavavi Ali Liderin Fələstin məsələsi və İslam dünyasının məsələləri ilə yaxından məşğul olan bir şəxsiyyət olduğunu vurğulayıb.
     20.02.2019
    İranlı komissiya sədri: Son terror hücumu Səudiyyə Ərəbistanı və BƏƏ-nin işi idi
    Komissiya sədri ölkəsinin məsum insanlarının bəzi ölkələrin rol ifa etmələri ilə şəhid olmasına qarşı heç vaxt səssiz qalmayacaqlarını vurğulayıb.
     20.02.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ