1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. KRİMİNAL

Kateqoriya : XƏBƏRLƏR

KRİMİNAL

Yayınlanma tarixi:20.08.2020 16:46:18

Kriminal aləmdə “Loqu Quli” ləqəbilə tanınan Nadir Səlifov Türkiyədə qətlə yetirilib.

İslamazeri.com  xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Qeyd olunur ki, Nadir Səlifov Antalyanın Serik rayonunda bir otelin restoranında şam yeyərkən, onunla birlikdə masada oturan şəxs tərəfindən başından vurulub.

4 güllə yarası alan “Loqu Quli” xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Cinayəti törətməkdə şübhəli bilinən adı açıqlanmayan şəxs Antalya-Dənizli magistral yolunda polis tərəfindən saxlanılıb.

Nadir Səlifovun 2018-ci ildə Türkiyədən deportasiya olunduğu, lakin sonradan gəldiyi bildirilir.

Qeyd edək ki, “Loqu Quli” bir neçə il öncə İstanbulda qətlə yetirilmiş “Rövşən Lənkəranski” ləqəbli digər kriminal aləmdə tanınan Rövşən Caniyevə qarşı sui-qəsddə adı hallanırdı.


“Loqu Quli” ləqəbilə tanınan Nadir Səlifov Türkiyədə qətlə yetirildi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bu müsəlman ölkəsi Şuşada konsulluq açacaq
    Şuşada Türkiyə konsulluğunun açılması yönündə qərar verilib. Şuşada konsulluğumuz açılacaq."
     1.05.2021
    Qədr gecəsi və İmam Əlinin (ə) şəhadəti haqqında - VİDEO
    Shafaqna Azərbaycanca-nın bu video layihəsində Qədr gecəsi, həmçinin İmam Əlinin (ə) şəhadətilə bağlı mövzulara toxunulub. Video layihədə Marneulinin İmam Əli (ə) məscidinin axundu, İmam cümə Hacı Hacıyevdən də münasibət alınıb.
     1.05.2021

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ