EURO 1,9069 TRY 0,3002
USD 1,7 RUB 0,027
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:11.07.2019 13:08:48

Londonda Böyük Britaniya və Kanada hökumətlərinin təşkilatçılığı ilə Qlobal Media Azadlığı Konfransı keçirilir.

Londonda Böyük Britaniya və Kanada hökumətlərinin təşkilatçılığı ilə Qlobal Media Azadlığı Konfransı keçirilir.

Birləşmiş Krallıq və Kanada hesab edir ki, bütün dünyada media azadlığını təbliğ etməkdə borcludurlar.

Konfransın əsas mesajı ondan ibarətdir ki, media hər bir dövlətdə iqtisadi rifahın, sosial inkişafın və möhkəm demokratiyanın mühüm tərkib hissəsidir.

Media azadlığı bütün hökumətlərin, İnsan Hüquqları üzrə Universal Bəyannamənin 19-cu maddəsində nəzərdə tutulmuş qaydada işlədildiyi bir hüquqdur. 

Bu bəyannamə "informasiyanı və ideyaları hər hansı bir media vasitəsi ilə sərhədlərdən asılı olmayaraq axtarmaq və yaymaq azadlığını təmin edir."

Konfransda müxtəlif ölkələrin, beynəlxalq təşkilatların rəhbərləri, hökümət nümayəndələri, jurnalistlər, hüquq müdafiəçiləri iştirak edir.

Konfrans iştirakçıları həyəcan təbili çalaraq, jurnalistlərə edilən hücumları dayndırmaq üçün birgə çalışmağın vacibliyini vurğulayıb.

Onlar hesab edir ki, jurnalistlər peşəsinə görə təqib olunmamalı və həyatlarını qurban verməməlidirlər. Günün ilk panellərindən biri media azadlığı ilə bağlı yeni Bəyannamənin qəbul edilməsinə həsr olunub və ATƏT-in Media azadlığı üzrə xüsusi nümayəndəsi Harlem Dezir çıxış edərək, bu bəyannamənin növbəti onillikdə nəzərdə tutulan ifadə azadlığı problemlərinin həllinə kömək edəcəyini bildirib.

Növbəti panellərdən biri Kanada xarici işlər nazirinin moderatorluğu ilə jurnalistlərin təhlükəsizliyi və müdafiəsi mövzusu idi. Bu paneldə Sərhədsiz Reportyorların Böyük Britaniya üzrə rəhbəri Rebeka Vinsent çıxış edib. 

O çıxışında bildirib ki, jurnalist olmaq indiki qədər təhlükəli olmayıb.

“Biz burada oturarkən, hazırda dünyada 340 jurnalist həbsxanadadır,” o bildirib.

Konfransın mövzularından biri də, - `Media azadlığı: Jurnalistlər təhdid altında!` adlı panel idi.

Paneldə insan haqları üzrə vəkil Amal Kluni çıxış edib.

“Geriyə doğru hərəkət etdik. Son 18 ayda 100 jurnalist öldürüldü. Rekord sayda həbsə atılan jurnalistlər var. Jurnalist Camal Xaşuqçi işgəncə ilə öldürüldü. Dünya liderləri isə çiyin çevirdilər,” o çıxışında bildirib.

Amal Kluni çıxışında Azərbaycan ilə bağlı məsələyə toxunaraq ölkədə korrupsiya faktlarını araşdıran jurnalistin işini Avropa İnsan Haqları Məhkəməsində müdafiə etdiyini bir daha xatırladıb.

Xədicə İsmayılova 2014-cü il dekabrın 5-də həbs olunub. Jurnalist vergidən yayınma, qanunsuz sahibkarlıq kimi ittihamlarla 7 il 6 ay azadlıqdan məhrum edilib. Lakin o, ittihamları qəbul etmir və korrupsiya araşdırmalarına görə həbs olunduğunu bildirir.

“Amnesty İnternational” beynəlxalq hüquq müdafiə təşkilatı Xədicə İsmayılovanı "vicdan məhbusu" elan edib.

Araşdırmaçı jurnalist Xədicə İsmayılovanın hüquqlarını Avropa İnsan Hüquqları Məhkəməsində Amal Kluni və Nani Yansen müdafiə edir.

Vəkillər hesab edir ki, Xədicə İsmayılova ölkə rəhbərliyinin korrupsiya hallarını ifşa etdiyinə görə təqiblərə məruz qalıb və həbs olunub. Əslində jurnalistin təqib və həbs edilməsinə heç bir hüquqi əsas olmayib.

Xədicə.İsmayılovaya münasibətdə Avropa İnsan Haqları Konvensiyasının 5 (azadlıq və toxunulmazlıq hüququ), 6 (ədalətli məhkəmə), 10 (ifadə azadlığı), 13 (müdafiə hüququ), 14 (diskriminasiyanın qadağan edilməsi) və 18-ci (hüququn məhdudlaşdırılması) maddələrinin pozulduğu məhkəmə ərizəsində qeyd olunub.(Amerikanınsesi)


Londonda Qlobal Media Azadlığı konfransı keçirilir

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Prezident fərman verdi, bank isə evi ələ keçirir - FOTOFAKT
    Bu barədə problemli kreditlərlə bağlı Prezidentin fərmanından yararlanmaq hüququndan məhrum edildiyini iddia edən Elgiz Mirzəyev deyib.
     22.07.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ