1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:30.11.2019 12:01:34

Polis bildirib ki, o, hücum zamanı lisenziya ilə həbsxanadan kənarda olub.

İslamazeri.com xəbər verir ki, Britaniya polisi Londonda bir neçə nəfərin yaralandığını, iki nəfərin öldüyü və bir nəfərin güllə ilə vurulduqdan sonra saxlandığını xəbər verib.

Polis hadisənin terrorla bağlı olduğundan şübhələnir.

Polis bildirib ki, əvvəlcə yerli vaxtla gündüz saat 14.00 radələrində şəhərin London Bridge metro stansiyası yaxınlığında iki nəfərin bıçaqlanması ilə bağlı çağırış alıb.

Reuters agentliyi bildirir ki, bu insidentin ardınca polis bir nəfəri güllə ilə vurub. Hakimiyyət orqanları London Bridge metro stansiyasını və yaxınlıqdakı dəmiryolu stansiyasını bağlayıb.

London Bridge körpüsü üzərinə nəqliyyat tıxacının yarandığı xəbər verilir.

Britaniyanın baş naziri Boris Conson hadisənin gedişatını izlədiyini yazır.

"Mən London Bridge körpüsündəki hadisə ilə bağlı məlumatlandırılıram. Polis və təcili yardım xidmətlərinə təşəkkürümü bildirirəm" , baş nazir yazıb.

İki il bundan əvvəl eyni yerdə avtofurqon piyadaların üstünə sürülmüş və burada bıçaqlanmalar olmuşdu. O hücum nəticəsində 8 nəfər ölmüş, 48 nəfər xəsarət almışdı.

Bu ayın əvvəllərində Britaniya hökuməti ölkədəki terror təhlükəsi səviyyəsini “kəskin” şkalasından “əhəmiyyətli” şkalasına endirmişdi.

BBC yazır ki,  London körpüsündə bıçaqlama hadisəsini törədən şəxs terrorçuluq əməllərində günahlandırılan keçmiş məhkum olub.

London polisi hücum edən şəxsin 28 yaşlı Usman Khan olduğunu açıqlayıb. Usman Khan hadisə yerində polis tərəfindən öldürülüb. Polis hadisəni "terrorla əlaqəli" adlandırıb. 

Polis bildirib ki, o, hücum zamanı lisenziya ilə həbsxanadan kənarda olub. 

Cümə günü BBC müxbiri John McManus deyib ki, o, körpüdə bir qrup şəxsin dalaşdığını görüb.

Daha sonra isə polis gəlib və atışma səsi eşidilib.

 

London körpüsündə insident: Ölənlər var

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Əfqanıstanda terror aktı nəticəsində 5 Gürcüstan hərbçisi yaralandı
    Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak edən Gürcüstanın 5 hərbçisi yaralanıb.
     11.12.2019
    İmişlidə piyadanın ölümü ilə nəticələnən avtoqəza
    İmişlidə avtomobilin vurduğu piyada dünyasını dəyişib.
     11.12.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ