EURO 1,9383 NEFT 73,51
USD 1,7 RUB 0,0251
  1. http://www.islamazeri.com/
  2. MÜSAHİBƏ
  3. MÜNASİBƏT

Kateqoriya : MÜSAHİBƏ

MÜNASİBƏT

Yayınlanma tarixi:08.11.2016 14:35:14

"Siirti atəşə tutan ABŞ qüvvələrinə görə vətəndaşlar oradan kütləvi şəkildə qaçırlar. Minlərlə insan..."

İslamazeri.az-ın RİA-ya istinadən verdiyi xəbərə əsasən, Liviyanın şərqində əsaslanmış və marşal Xəlifə Həftarın komandanlığı altında olan ordu ölkənin qərbindəki ərazilər də daxil olmaqla, bütün Liviya ərazisini terrorçulardan təmizləmək niyyətindədir. Bu haqda Liviya ordusunun rəsmi nümayəndəsi polkovnik Əhməd əl-Mismari verdiyi müsahibədə bildirib.

"Liviya ordusu qərb regionları da daxil olmaqla, Liviyanın bütün ərazilərini terrorçulardan təmizləmək niyyətindədir.", - deyə o bildirib. Əl-Mismari Liviya ordusunun Liviyanın şərqində terrorçulara göstərdiyi müqavimətdə qazandığı uğurlara da işarə edib. O qeyd edib ki, onlar həm İŞİD, həm də "Müsəlman Qardaşlar" ittifaqı, həm də ki, digər terror qruplaşmaları ilə mübarizə aparırlar.

"Hazırda Dərna şəhərinin mühasirəsini davam etdiririk. Terrorçular həmin şəhərdə gizləniblər.", - deyə o əlavə edib. Qeyd edək ki, Dərna şəhəri Liviyanın şimal-şərqində yerləşir və 2014-cü ildən İŞİD terrorçularının işğalı altındadır.

Əl-Mismari Liviya ordusu üçün silah tədarükünə qoyulan embarqonu da xatırladıb. Bundan sonra o əlavə edib ki, embarqo şəraitində vuruşan Liviya ordusu  demək olar ki, İŞİD terrorçularından müsadirə etdiyi silahların hesabına öz-özünü silahlandırır. "Bu terror qruplaşmalarındakı çox sayda silahın olması nöqteyi nəzərində əsas silahlanma mənbəyidir.", - deyə rəsmi nümayəndə bildirib.

O beynəlxalq ictimaiyyəti Liviya ordusuna qoyulan silah embarqosunu geri götürməyə və Liviya parlamentinin simasında seçilmiş qanuni hakimiyyətin səylərini dəstəkləməyə səsləyib. O qeyd edib ki, həmin səylər böhranın həll edilməsi və terrorçuluğun kökünün kəsilməsi, o cümlədən də ölkənin ərazi bötüvlüyünün qorunub saxlanılmasına yönəlib.

Əl-Mismari əlavə edib ki, xarici hərbi qüvvələrin Liviya ərazisində keçirdikləri əməliyyatlar ölkənin suverenliyini pozur. "Siirti atəşə tutan ABŞ qüvvələrinə görə vətəndaşlar oradan kütləvi şəkildə qaçırlar. Minlərlə insan oradan qaçır. ABŞ-ın hərəkətləri şəhərin məhv olmasına səbəb olur.", - deyə polkovnik məsələyə aydınlıq gətirib. O "Siritdə və Liviyanın qərbində yerləşən digər şəhərlərdə xarici hərbi qüvvələrin apardığı hərbi əməliyyatlar nəticəsində baş verənlərin məsuliyyətini" Tripoli şəhərindəki Milli Birlik Hökumətinin üzərinə qoyub.


Liviya ordusundan sərt bəyanat: Terrorçuların hamısını məhv edəcəyik - MÜNASİBƏT

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycanda kişilərin evlənmə yaşı artıb - Son 27 ilin rekordu
    Azərbaycanda son 27 il ərzində ilk dəfə olaraq, ötən il kişilər arasında ən yüksək orta nikah yaşı qeydə alınıb.
     14.08.2018
    Nazirlikdən hava xəbərdarlığı: şimşək çaxacaq, leysan yağacaq
    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraiti ilə bağlı xəbərdarlıq edib.
     14.08.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ