Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:4.12.2021 14:49:43

Livanın informasiya naziri Corc Kərdahi ötən gün istefa verib.

İslamazeri.com REGNUM-a istinadən xəbər verir ki, jurnalistlərin məlumatına görə, Kərdahi diplomatik qalmaqal səbəbi ilə öz postunu tərk etmək məcburiyyətində qalıb.

Xatırladaq ki, o, verdiyi müsahibələrin birində Yəmən və onun dinc əhalisinə qarşı təcavüz və işğalçılıq siyasəti yürüdən ərəb ölkələrini sərt şəkildə tənqid edib. O, "Ənsarullah" qüvvələrini "Hizbullah"-a bənzədib və deyib ki, husilər də "Hizbullah" kimi öz vətənlərini müdafiə edirlər. Kərdahi həmçinin bildirib ki, Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya Yəməndə evləri, binaları, kəndləri və şəhərləri bombardman edir. Onun bu bəyanatı Livan və Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt arasındakı münasibətlərin gərginləşməsi ilə nəticələnib.

Rəsmi ər-Riyad Kərdahinin istefasını tələb edib.

"Mənim istefam Livanla Fars körfəzinin (ərəb ölkələri) arasındakı münasibətlərin yaxşılaşmasını mümkün edib. Ölkəmin və ailəmin maraqları mənim şəxsi maraqlarımdan üstündür, livanlıları maraqları isə mənim nazir vəzifəmdən də üstündür, ona görə də mən öz postumu tərk etmək qərarı qəbul etdim", - deyə Kərdahi qeyd edib.


Livanlı nazir qalmaqal səbəbi ilə istefa verməyə məcbur olub

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Buraxılış imtahanlarının vaxtı açıqlandı
    Dövlət İmtahan Mərkəzi tam (11 illik) və ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının vaxtını açıqlayıb.
     24.01.2022
    DİM-dən informatika fənni üzrə imtahan modeli ilə bağlı YENİ QƏRAR
    Dövlət İmtahan Mərkəzi (DİM) informatika fənni üzrə imtahan modeli ilə bağlı yeni qərar verib.
     24.01.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ