EURO 1,9271 TRY 0,3119
USD 1,7 RUB 0,0263
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:09.12.2018 15:12:34

İsrail bir müddətdir ki, müharibəyə hazırlıq təbliğatı ilə düşməninə qarşı psixoloji müharibə aparmaqdadır, lakin...

İsrail bir müddətdir ki, müharibəyə hazırlıq  təbliğatı ilə Livan "Hizbullah"ına - yəni ən qatı düşməninə qarşı psixoloji müharibə aparmaqdadır.

Lakin ara-sıra İsrail Ordusuna qarşı bəzi əks-təbliğat üçün istifadə edilən addımlar onların "ayıq-sayıq" olmasını sual altına alır. Məsələn bir neçə gün əvvəl İsrail əsgərlərinin "tunel əməliyyatı" zamanı Livan "Hizbullah"ının gizli çəkilişləri, daha sonra Livan sərhəddində gözətçilik edən sərhədçilərin 4 metrliyində çəkilən fotolar buna misal olaraq göstərilir.

Dünən isə, növbəti belə bir hadisə baş verib.

İslamazeri.com "ynet"ə istinadən xəbər verir ki, şənbə günü Livan sərhəddində İsrail Ordusunun MAG pulemyotları oğurlanıb. İsrail mediasının sözsahibi qəzetlərindən olan "Yedioth Ahronot"-un onlayn xəbərlər yayımlayan "ynet" portalı bildirir ki, bu həftə Qaliley diviziyasının gücləndirilməsi üçün göndərilən hərbçilər iki MAG pulemyotlarını oğurladıblar. Sayt yazır ki, hərbçilər silahlarını qoyub harasa gediblər, iki saatdan sonra silahlarının itməsini aşkar ediblər.

Pulemyotlar özügedən artileriya qurğusunun üstündə olub. Məlumat verilir ki, bu qurğunun hərbi bazadan aralı olması, oğurluğa şərait yaradıb. Hərbi polis məsələ ilə bağlı istintaqa başlayıb.

İlkin məlumata görə, güclü çiskin zamanı naməlum motosikletçi iki pulemyotu oğurlaya bilib. Ehtimal edilir ki, bu əməliyyat Livan "Hizbullah"ı tərəfindən həyata keçirilib və videoya çəkilib. Yaxın günlərdə videonun İsrail əleyhinə təbliğatda istifadə ediləcəyi istisna edilmir.


Livan sərhəddində İsrail Ordusunun hərbçilərindən iki pulemyot oğurlandı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Müsəlman qatili öz əməlinin SƏBƏBİ haqda: 2 il öncə...
    Yeni Zelandiyada məscidlərə hücum etmiş terrorçu öz cinayəti haqda danışıb.
     18.03.2019
    Türkiyənin Varlıq Fondunu satmaq istəməsinə REAKSİYALAR
    Səadət Partiyasının sədri Təməl Karamollaoğlu məsələyə dair olaraq sosial media hesabı vasitəsilə paylaşım edib.
     18.03.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ