EURO 1,8725 TRY 0,2943
USD 1,7 RUB 0,0265
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:25.10.2019 09:44:53

Livan prezidenti Mişel Aun cümə axşamı ölkəni maliyyə böhranından qurtarmaq və hökumətdə dəyişikliklər etməyin yollarını müzakirə etmək üçün etitrazçılarla danışıqlara hazır olduğunu bildirib.

Livan prezidenti Mişel Aun cümə axşamı ölkəni maliyyə böhranından qurtarmaq və hökumətdə dəyişikliklər etməyin yollarını müzakirə etmək üçün etitrazçılarla danışıqlara hazır olduğunu bildirib.

Hakim elitadan narazılıq və korrupsiyada günahlandırılan hökumətin istefasına çağıran etirazlar keçən həftədən bəri ölkəni iflic edib.

Televiziya ilə xalqa müraciətində prezident Mişel Aun minlərlə etirazçının tələb etdiyi kimi hökumətdəki korrupsiyaya qarşı mübarizə aparacağına söz verib.

O, hazırkı hökumətin nəzərdən keçirilməsinə ehtiyac olduğunu deyib.

Aun bank sirləri ilə bağlı qanunlar, prezidentdən tutmuş nazirlər və millət vəkillərinin toxunulmazlığının geri götürülməsi də daxil edilməklə, korrupsiyaya qarşı mübarizə üçün yeni qanunların gərək olduğunu bildirib.

Etirazçılarla həmrəyliyini nümayiş erdirən prezident korrupsiyanın `iliyə qədər işlədiyini` deyib.

"Nümayişçilərə səslənirəm: Sizin tələblərinizi dinləmək üçün nümayəndələrinizlə görüşməyə hazıram. Siz də bizim maliyyə böhranından narahatlığımızı biləcəksiniz," Mişel Aun bildirib.(voa)


Livan prezidenti etirazçılarla danışıqlara hazır olduğunu deyib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda sosial şəbəkələrdə narkotik satan dəstə üzvü tutuldu
    Bakıda sosial şəbəkələrdə narkotik vasitə və psixotrop maddələrin alqı-satqısı ilə məşğul olan dəstənin üzvü saxlanılıb.
     13.11.2019
    Rusiyada erməni nasistinin xatirə lövhəsi qara boya ilə boyanıb
    Rusiyanın Armavir şəhərində faşist əlaltısı Qaregin Ter-Arutyunyana (Njde) qoyulan xatirə lövhəsi qara boya ilə boyanıb.
     13.11.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ