Təcili

Məlumat

  1. http://www.islamazeri.org/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:21.05.2022 11:32:58

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Əlilliyin müəyyən edilməsi sistemində yeni meyarların tətbiqi ilə əlaqədar Nazirlər Kabineti yeni Qərarla “Əlilliyin qiymətləndirilməsi Qaydası”nda bir sıra dəyişikliklər edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "İslamazeri.com"a bildirilib ki, qaydada aşağıdakı dəyişikliklər edilib.

Belə ki, dəyişikliklərə əsasən qaydada:

  • “Əlillik dərəcəsi (I, II, III) və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq” sözləri “orqanizmin funksiyalarının pozulması faizi” sözləri ilə əvəzlənib;
  • Orqanizmin funksiyaları 30 faizdən artıq pozulduqda 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilərək əlillik müəyyən edilir;
  • Faiz göstəriciləri üzrə qiymətləndirmə 5 faiz aralığı ilə aparılır;
  • Orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal üzrə funksiyaların pozulma faizi müəyyən olunur, faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə 100 faizdən çox olmamaqla müəyyən edilir;
  • Əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir;
  • Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması:
  • 31-60 faiz aralığında ardıcıl olaraq 15 il,
  • 61-80 faiz aralığında ardıcıl olaraq 10 il
  • 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə

bu Qayda nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti dəfə əlillik müddətsiz müəyyən edilir;

  • Yeni meyarlar qüvvəyə mindiyi tarixədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri I, II və III dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydada qeyd edilmiş müddətlərə daxil edilir;

Qaydada edilmiş dəyişikliklər 2022-ci il iyulun 1-dən qüvvəyə minəcək.


Əlilliyin qiymətləndirilməsi qaydasında dəyişikliklər edilib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Meymunçiçəyinin sağalma müddəti və müalicədə istifadə olunan dərmanlar açıqlanıb
    Meymunçiçəyi xəstəliyinin müalicəsində istifadə olunan dərman vasitələri və virusun müalicə müddəti açıqlanıb.
     1.07.2022
    Baş nazir Əli Əsədov İordaniya Senatının sədri ilə görüşüb
    Azərbaycanın Baş naziri Əli Əsədov İordaniya Krallığı Senatının sədri Faysal Al Fayez ilə görüşüb.
     1.07.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ