Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:21.01.2022 14:24:15

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində Azərbaycan Milli Abilimpiya Federasiyasının nümayəndələri ilə görüş olub.

İslamazeri.com xəbər verir ki, agentliyin sədr müavini Cəmaləddin Quliyev əlilliyi olan şəxslərin peşə bacarıqlarının inkişaf etdirilməsi, onların məşğulluq imkanlarının artırılması istiqamətində görülən işləri diqqətə çatdırıb. Qeyd edib ki, Agentlik tərəfindən 2021-ci ildə 1348 nəfər əlilliyi olan şəxs özünüməşğulluq proqramına cəlb edilib, 2850 əlilliyi olan şəxs isə münasib işlərlə təmin edilib.

Görüşdə abilimpiya hərəkatının əlilliyi olan şəxslərin peşə bacarıqlarını inkişafında, əlilliyi olan insanların əmək reabilitasiyası və peşə ixtisaslarına, məşğulluq imkanlarına yiyələnmələrinin dəstəklənməsində önəmi qeyd edilib. Bu kateqoriyadan olan şəxslərin məşğulluq tədbirlərinə cəlb olunması, fəaliyyətlərinin dəstəklənməsi və inkişaf etdirilməsi istiqamətində birgə əməkdaşlıq məsələləri müzakirə edilib.


Əlilliyi olan şəxslərin işlə təmin olunması məsələsi müzakirə edilib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycanda koronavirusa yoluxmada SON VƏZİYYƏT
    Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 842 test icra olunub.
     23.05.2022
    Teymur Musayev Ümumdünya Səhiyyə Assambleyasının plenar iclasında çıxış edib
    Ümumdünya Səhiyyə Assambleyası ÜST-nin qanunverici və ali orqanıdır. Assambleyanın əsas funksiyası təşkilatın fəaliyyətinin qlobal siyasi istiqamətlərinin müəyyən edilməsidir.
     23.05.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ