EURO 1,9314 NEFT 60,96
USD 1,7 RUB 0,0256
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:12.05.2018 00:05:35

Sionist rejimin müdafiə naziri ilk dəfə İŞİD və digər terrorçuların məhv edilməsində xüsusi imzası olan general Süleymanidən söz açıb

Sionist rejimin müdafiə naziri Aviqdor Liberman ilk dəfə İranın İnqilab Keşikçiləri Korpusunun "Qüds" Briqadasının komandiri, Yaxın Şərqdə İŞİD və digər terrorçuların məhv edilməsində xüsusi imzası olan general Qasim Süleymanidən danışıb.

İslamazeri.com-un RİA-ya istinadən verdiyi xəbərə əsasən, İsrail rejiminin müdafiə naziri Aviqdor Liberman Suriya Prezidenti Bəşər Əsədi İran silahlı qüvvələrini ölkəsindən "qovmağa" səsləyib.

Libermanın fikrincə, rəsmi Dəməşq üçün onları (İran silahlılarının) ziyanı çoxdur, nəinki xeyri.
"Bir halda ki, mən buradayam, istəyərdim bu fürsətdən istifadə edim və Əsədə mesaj göndərim: iranlıları, Qasim Süleymanini və "əl-Qüds" qüvvələrini (Suriyadan) qovun. Onların sizə köməyi dəyməyəcək, onları ancaq sizə ziyan vurur. Təkcə onların (Suriyadakı) mövcudluğu problemlər yaradır.", - deyə Liberam İsrailin 1967-ci ildə işğal etdiyi Suriyanın Qolan bölgəsinə səfəri zaman bildirib.
"Yalnız iranlılardan yaxa qurtardıqdan sonra yeni həyata doğru addım atmaq mümkün olacaq.", - deyə Liberman əlavə edib.


Libermandan Suriyaya Qasim Süleymani çağırışı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • HƏMAS: Mahmud Abbasın qanının məsuliyyətini İsrail daşıyacaq
    HƏMAS bəyanatla çıxış edib.
     14.12.2018
    “Arsenal”-“Qarabağ” oyununda insident - FOTO
    "Arsenal" - "Qarabağ" oyununda erməni azarkeş separatçı rejimin bayrağı ilə stadiona qaçıb
     14.12.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ