EURO 1,9369 NEFT 62,38
USD 1,7 RUB 0,0256
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:07.01.2019 14:56:55

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Kontr-Admiral Əli Şəmxani ABŞ-ın İranla yenidən müzakirə masasına oturmaq istəməsilə bağlı açıqlama verib

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Kontr-Admiral Əli Şəmxani Tehranda etdiyi çıxışda gündəm mövzularına toxunub.

İslamazeri.com "mehr" agentliyinə istinadən xəbər verir ki, "Qərbi Asiyada Müdafiə və Təhlükəsizlik" adlı beynəlxalq konfransda İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Kontr-Admiral Əli Şəmxan "ABŞ keçmişdə uğradığı məğlubiyyətlər nəticəsində İrana qarşı dördüncü embarqonun həyata keçirilməsinə cəhd etdi, fəqət onlar daha öncə də bu üsula baş vurmuş, lakin müvəffəq ola bilməmişdilər: Demokratların hakimiyyəti boyunca nüvə fəaliyyətimizin təməllərini sökməyə çalışdılar, ancaq nəticə əldə edə bilmədikdə müzakirə təklifi edib, nüvə zənginləşdirməsi haqqını bizə tanıdılar. Bu razılıq Tramp tərəfindən ləğv edildi. Günümüzdə də onlar müzakirələrdən bəhs edirlər.", -deyə bildirib.

Şəmxani Əfqanıstan səfərində ABŞ tərəfindən danışıqlar üçün ona ağız açanlara işarə edərək "Keçən həftə Əfqanıstan səfərində ABŞ tərəfindən gələn iki nəfər mənə onların müzakirə istəklərini bildirdilər, fəqət İran olaraq əsla onlarla eyni masaya oturmayacağıq. Sözlərinə əməl etməyən güvənilməyən ABŞ ilə müzakirələr aparmağımız mənasızdır.", -deyə əlavə edib.

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi ABŞ-ın bölgə siyasəti, İŞİD terror qruplaşmasını yaratması və xalqın qətlə yetirilməsi kimi məsələlərə də toxunaraq sözlərinə belə davam edib: "Bölgədə heç bir yeri olmayan ABŞ, İslam İnqilabı ilə Yəmən və İraq xalqından əl çəkmir, ancaq buna baxmayaraq bölgə əhalisinn yardımına gələn böyük gücə çevrilən İran xalqı əslində şərəf medalına nail olmuşdur və buna görə də İslam İnqilabının 40-cı ildönümü mərasimlərini daha böyük və görməkli təşkil etməyimiz lazımdır."

Talibanla müzakirələrə işarə edən Şəmxani "Taliban ilə etdiyimiz müakirələr, İŞİD və "Nusra cəbhəsi" kimi qruplaşmalarla eyni masaya oturacağımız mənasını vermir.", - deyə qeyd edib.

ABŞ-ın hədələrinə də toxunan İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Kontr-Admiral Əli Şəmxani  deyib: "İran olaraq keçən 40 il boyunca kimsənin hücum edə bilməyəcəyi bir gücə sahib ola bildik. Bizə qarşı ediləcək kiçik bir hücum cəhdinə dərhal cavab verəcəyik."


Əli Şəmxani İrana hücum cəhdi, ABŞ-ın müzakirə istəyi və Talibanla danışıqlardan danışdı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Emin Hüseynov: “Mehman aclığı davam etdirir”
    "Mehman ona təzyiq göstərilməsindən şikayət edib, o, aclığı dayandırmayıb və onun adından yayılan bütün bəyanatları təkzib edib."
     20.01.2019
    İranın tamamilə yerli olan radarı xidmətə başlayıb
    İranlı mütəxəssislərin dizayn və istehsalını reallaşdırdıqları İranın daha bir yeni radar sistemi ölkənin cənub-şərqində xidmətə başlayıb.
     20.01.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ